525.Az

İndoneziyada qəzaya uğramış təyyarənin qalıqları tapıldı


 

İndoneziyada qəzaya uğramış təyyarənin qalıqları tapıldı<b style="color:red"></b>

İndoneziya Hərbi-Hava Qüvvələri qəzaya uğramış “Boeing 737” tipli sərnişin təyyarəsinin qalıqlarının tapıldığı yerdə axtarış-xilasetmə işlərinə kömək etmək üçün iki helikopter və bir təyyarə ayırıb.

525.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Bildirilir ki, belə bir göstəriş ölkənin milli müdafiə qüvvələrinin rəhbəri tərəfindən verilib.

Məlumata görə, əməliyyatın icrasında zəif görünmə dairəsi ilə əlaqədar çətinlik yaşanır: “Əməkdaşlarımız hadisə yerindədirlər, təyyarənin bir neçə qalıqları tapılıb”.

Çətinliklərə baxmayaraq, axtarış işləri davam edir.

 





09.01.2021    çap et  çap et