525.Az

Putin üçtərəfli görüş öncəsi Rusiya TŞ-nin üzvləriylə iclas keçirdi


 

Putin üçtərəfli görüş öncəsi Rusiya TŞ-nin üzvləriylə iclas keçirdi<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti Ilham Əliyev  və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş öncəsi iclas keçirib.

525.az APA-ya istinadən xəbər verir ki, iclasda Dağlıq Qarabağ məsələsinin nizamlanması  və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Iclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.

Qeyd edək ki, sabah Moskvada Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

 





10.01.2021    çap et  çap et