|
|
|
|
Kərim Benzema, keçmiş komanda yoldaşının çəkildiyi intim video ilə əlaqəli şantaj cəhdində iştirak etdiyi iddiasıyla mühakimə olunacaq.
525.az xəbər verir ki, Real Madridin hücumçusu, 2015-ci ildə Matyo Valbuenı videonu ictimaiyyətə çatdırmaqla hədələyərək pul almaqla ittiham edilib.
33 yaşlı fransız hücumçu polis məmurunun onu cinayət işinə cəlb etmək üçün vicdansız metodlardan istifadə etdiyini iddia edib.
AFP xəbər agentliyindən əldə olunan məlumata əsasən, fransız prokurorları Benzemanın cümə axşamı günü mühakimə olunacağını açıqlayıb.
Benzemanın vəkili Silveyn Kormyerin isə müvəkkilinin mühakimə olunacağına təəccüblənmədiyini, lakin qərarın "proqnozlaşdırıla biləcəyi qədər absurd" olduğunu söyləyib.
El Roman