525.Az

Təbiətin sevgisi


 

Duyğusal

Təbiətin sevgisi    <b style="color:red"></b>

İstanbuldan yazır  

 

Mənim adım təbiətdir, sevgidir. Qəlbim eşqlə dolub daşır. Hər kəs olmasa da, coxları məni görür, gördüyündə nəşələnir, gözlərimdəki o parlaqlığı, vücudumdakı o istiliyi hiss edir. Hər şey çox gözəldir daha da gözəl olacaq kimi görsənir.

 

Ancaq mənə baxanda görməyən, eşitdiklərində duymayan insanlar da var... Mən onlardan qorxuram. Çünki onlar kainatın mənə verdiyi gözəlliyi, saflığı, paklığı, təmizliyi görməzdən gəlirlər. Məncə, bu, yaxşılığa işarə deyil.

 

Mənim adım sevgi, çünki mən bütün insanları sevirəm. Hər otumda, çicəyimdə yeriyən, suyumdan su içən, özümdə yetişdirdiyim minbir cür nemətlərdən dadan, qoynumdakı cənnətin fərqinə varan o yaşantını seçən insanlardan xoşlanıb onlara əsl xoşbəxtliyi yaşatmağı sevirəm.  Məni anladıqları üçün yerdəki mələk ruhlu, gözəl üzlü insanlara təşəkkürlərimi göndərirəm. Məni sevməyənlərə heç bir şey söyləmirəm

 

Lakin qorxuram, qorxuram ki, onlar soyuq qaranlığın qucağında, buludlu gecələrin içində əriyib gedecəklər. O insanlar mənə qulaq vermir ya dinləmək istəmirlərÜşüyürəm onları görəndə, sanki yalnızlıqlarıyla özlərini alıb dərin dibi görünməyən sonsuz buz kimi soyuq, qara pərdələrlə bəzədilən qaranlıqlara, başqa bir dünyaya aparırlar

 

Bəzən öz-özümə soruşuram. Niyə onlar həyata mənim baxdığım kimi baxmırlar?! İnsanların ürəyindəki bu kin-küdurət hardan gəlir? Niyə bu qədər acizdirlər?... artıq söyləməyə dilim varmayan sözlərlə sizə anlatmağa özümdə güc tapmaq istəyirəmBu an mən mən deyiləm. Özümü onların yerində hiss edirəm. Sanki köpəklər ulayan, Günəş üzü görməyən, dumanlı, sisli, qapqara bir meşədəyəm. Bura çox kiçik, amma ucsuz- bucaqsız, sonu görünməyən sarmaşıqlarla qapanmış kimi görünən bir yerdir. Halbuki, burdan çıxış onların ağlına gəlməyəcək qədər yaxındadır.

 

Bəlkə onlar ayın belə aydınladacaq qədər gücü yetməyən, sonsuz, qaranlıq yollarla getməyi üstün tuturlar. Əgər elədirsə onlar insan geyimli zombilərdir. Çünki o insanlar cahanın onlara bağışladığı ilk baxışda çox xoş görünməyən,əslində ona yaxınlaşdıqca hər şeyin öz axışıyla hüzur dincliklə dolu həznli musiqinin insana gətirə biləcəyi xoşbəxtlik kimi  baş döndürən cənnəti umursamırlarArtıq o insanların səsini eşitmək istəmirəm. Yetər! – deyəcəm, sizi dinləməyəcəm. Səbrim tükəndi! Gücüm yox! Məni axtarmayın, axtarsanız da tapmayacaqsızdeyə bağırmaq gəlir içimdən. yaziq ki bağıra bilmirəm, əlimdə deyil

 

Neçə dəfə çalışdım, onlara səsləndim, eşitmədilər, duymadılar. Yenə öz istədikləri kimi gedirlər. Dənizlərimin mavi göz yaşları aşdı daşdı, ürəyimdəki qarlı-sulu tufanlar içimi qaraltdıOnları qəlbimin dərinliklərindəki məzarlıqlara  gömdüm. Özümü ürəyim dözməyəcək kimi hiss edirəm, təng-nəfəs oluram.

 

Əllərim buz kimi gözlərim sulu. Bu gün hava çox soyuq, bir yağmurlu.

 

    Fevral 2014

 

 





24.02.2014    çap et  çap et