525.Az

Ceyhun Bayramov Pakistana səfər edəcək


 

Ceyhun Bayramov Pakistana səfər edəcək<b style="color:red"></b>

Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərlə yola düşəcək.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən 525.az-a verilən xəbərə görə, səfər çərçivəsində 13 yanvar tarixində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

Bildirilib ki, 14 yanvar tarixində isə AR xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

 





11.01.2021    çap et  çap et