525.Az

Sevinc Çılğın: “Sevinc qızıl, brilyant tanımasa da, insanları yaxşı tanıyır”- Məhşurların xanımları


 

“Bilmirəm, Zahir məni bəyəndiyindən əsərlərimi bəyənir, yoxsa əsərlərimi bəyəndiyindən məni bəyənir”

Sevinc Çılğın: “Sevinc qızıl, brilyant tanımasa da, insanları yaxşı tanıyır”- <b style="color:red">Məhşurların xanımları</b>

Müsahibimiz tanınmış şair jurnalist Zahir Əzəmətin heç onun özündən az tanınmayan xanımı şairə Sevinc Çılğındır.

Tək övlad ailənin ilkbeşiyi sonbeşiyi

Bakıda, köhnəKubinkaadlanan məhəllədə doğulub boya-başa çatmışam. Ailənin tək övladıyam. Əhatə olunduğum cəmiyyət digərlərindən çox fərqlənirdi. Mənim böyüdüyüm zamanlarKubinkada yazılmamış qanunlar var idi. Hər kəs o qanunlara riayət etməyə borclu idi. Atam adla deyilən ticarətçilərdən olub, anam evdar qadın. Bizim nəsildə kitabla əlaqəsi olan elə çox adam yoxdur. Müəyyən səbəblərə görə təhsil ala bilməyən anam, öz yarımçıq arzularını mənim gələcəyimdə görmək istəyirdi. Anamın istəyindən asılı olmayaraq, özümün kitablara böyük marağım var idi. Özümü tanıyandan kitabları, mütaliəni çox sevmişəm. Oxumaqdan o qədər xoşum gəlirdi ki, universiteti bitirdikdən sonra, bir dərsə getməyəcəm deyə oturub saatlarla ağlamışdım. Ağlım kəsəndən şeir yazıram. Pis yazıram, yaxşı yazıram deyə bilmərəm , amma  əminəm ki, yazmağı bacarıram. İbtidai sinfə ərəb təmayüllü orta məktəbdə getdim. İlk şerimi üçüncü sinifdə oxuyanda, vertolyot qəzası ilə bağlı yazmışdım. O vaxt vətənpərvərlik hisslərimdənmi ya nəsə başqa səbəbdənmi ona aid şeir yazdım. Yadımdadır müəllimə həmin şeiri bütün sinfə əzbərlətmişdi.  Məktəbi bitirdikdən sonra, ali məktəbə qəbul olmaq üçün sənədlərimi verdim. İxtisas seçimini edərkən, universitetlərin sıralaması mən yazdığım kimi olmadı. Beləliklə təsadüf nəticəsində Qafqaz UniversitetindəTürk dili ədəbiyyatıfakultəsinə daxil oldum. Universitetin bakalavr pilləsini əla qiymətlərlə başa vurduqdan sonra, magistraturaya daxil oldum. 

İlk baxışdan məhəbbət

Kitab həvəskarı olduğumdan  tez-tez kitabxanaya gedirdim. Orada Aynur adlı bir qızla tanış oldum. Zaman keçdikcə Aynurla dostluq etməyə başladıq. Bir gün mənə dedi ki , elə kitabxananın nəzdindəPərvanəədəbi məclisi var. Müntəzəm olaraq oranın üzvü olan gənc şairlərin toplantısı keçirilir, yazarlar yığışıb müzakirələr aparır, eyni zamanda bir-birlərinin fikirlərini şərh edirlər.Gəl sən orada iştirak et. Mən bu təkliflə razılaşdım. Birinci dəfə məclisdə iştirakım çox yaxşı qarşılanmışdı. İkinci dəfə məni yığıncağa dəvət etdilər. Tərslikdən həmin gün başqa bir tədbirdə olmalı idim. Saata baxdım ki,  kitabxanaya da gedə bilərəm. Bəzəkli-düzəkli heç kitabxanalıq vəziyyətdə olmasam da, içəri girməyə qərar verdim. Sıra mənə çatanda, ayağa qaxıb, o vaxtlar hətta sözlərinə mahnı da yazılmış şeirimi dinləyicilərə təqdim etdim. Özündən razı halda şeiri oxuyub qurtardıqdan sonra, keçən yığıncaqda görmədiyim gənclərdən biri dedi ki, orta səviyyəli şeirdir. Pis yazılmayıb. Görünür bu xanımın istedadı var. Bu sözləri eşitdikdə çox əsəbləşdim. Axı mən o şeirə görə çox təriflər almışdım. Səbr edə bilməyib özümdən çıxdım.  Ümumiyyətlə sən kimsən ki, mənim şeirim haqqında bu cür danışırsan, deyə onun üstünə qışqırmağa başladım. Sonradan məlum oldu ki, bu, hansısa Zahir Əzəmət adlı bir gənc şairdir. Sən demə həmin qrupun köhnə üzvlərindən olan bu şairə hər kəs hörmət edir, çox istedadlı hesab etdiklərindən onun fikirlərini həvəslə dinləyirmişlər. Həmin gün üzvlərdən biri  Zahirə xəbər verib ki, məclisə yeni üzv yazılıb, gəl onun da şeirlərinə qulaq as.  O da gəlib həmişəki kimi öz fikirləri ilə gənclərə məsləhətlər verirmiş. Zahir həmişə mənə deyir ki, sən içəri girəndə, başa düşdüm ki, axtardığımı tapmışam. O dəqiqə sənə vuruldum. dərəcədə doğru olduğunu bilmirəm,  hər halda özü belə deyir.

İnadkar qız ya elçilik təxirə salınır

O gündən sonra müntəzəm olaraq Zahirlə ədəbiyyat mövzusunda müzakirələr aparırdıq. Bir yerdə  olanda da , telefonla danışanda da yalnız ədəbiyyatdan danışırdıq. Yoldaşlarımızla birlikdə kinoya gedir, tədbirlərdə iştirak edirdik. Artıq uzun müddət idi ki, dostluğumuz davam edirdi. Aramızda möhkəm bir bağlılıq yaranmışdı. Yenə yoldaşlarla birlikdə yığıncağa getmişdik. Tədbirdən çıxdıqdan sonra, Zahir bizlə sağollaşıb getdi. Dostlarımdan biri mənə dedi ki, sən doğrudan görmürsən ki, o səni sevir?   Təəccübləndim: “Yox bir, onun ağlı başındadır? Getsin bir güzgüyə baxsın. Fikirləşsin ki, kimə aşiq olub”. Ona yox demək üçün səbəblərim çox idi. Xəyal edirdim ki, həyat yoldaşım varlı-hallı, bakılı, yaraşıqlı oğlan olacaq. (gülür) Özümü Zahirdən uzaq tutmağa çalışırdım. Hiss etsəm ki, bir az ona yaxınlaşmışam tez bütün telefonları keçirirdim, onun olduğu toplantılarda iştirak etmirdim. Zahirin ailəsi bir neçə dəfə bizə elçiliyə gəlmək ərəfəsindəykən, fikrimdən daşınmışam. Əlimdən gələn hər şeyi edirdim ki, onunla yollarımız kəsişməsin.

Sultanlığa əlvida

Ailədə tək uşaq idim, çox eqoist böyümüşdüm. Düşünürdüm ki, həyatımı kimsəylə paylaşa bilmərəm. Ömür boyu bir adamla yaşamaq mənə çox çətin görünürdü. Bir gün qəti qərara gəldim ki, Zahirlə bütün yollarımızı ayırmaq vaxtı gəlib çatıb. Özümçün bəhanələr uyduraraq ondan ayrıldım. 40 gün birtəhər Zahirsiz ötüşdüm. Bir gün sosial şəbəkələrin birində Zahirə bir xanım tərəfindən sevgi şeiri yazıldığını gördüm. Dayana bilməyib həmin şeirin yanında bir şeir mən yazdım. Əhvalım çox pozulmuşdu. edəcəyimi bilmirdim. Müdirin otağına girib, mən gedirəm. Haraya getdiyimi bilmirəm, ölsəm ölərəm, qalsam bəlkə qayıdaram ,  dedim. Ağlaya-ağlaya çıxıb getdim. Hara getdiyimi heç özüm bilmirdim. Gözümü açanda gördüm ki, ayaqlarım məni Zahirin yerinə gətirib çıxarıb. Zahiri saç-saqqal basmışdı. Artıq 40- gün idi ki, üzünü təmizləmirdi. O, məni görəndə çox təəccüblənmişdi, mənsə edəcəyimi bilmirdim. Qəfildən dedim ki, yayda çəkdirdiyim şəkillərə baxırsan? Dedi ki, . Sakitcə yanında oturub şəkilləri açdım. Bir müddət heç birimiz dillənmədik. Gözümüz şəkildə olsa da, şəklə baxan yox idi.  Zahirə dedim ki, əgər biz evlənəcəyiksə, gəl tez evlənək , bəlkə onda səndən qaça bilmədim. Həmin gün məni evə ötürəndə dedi ki, cibimdə 20 qəpik var.  Artıq bunların heç biri məni maraqlandırmırdı, eybi yox dedim. İlk öncə ailəm bizə qarşı çıxmağa çalışsa da, nəhayətində istəyimizə çatdıq. Elçilikdə əmim dedi ki, sizin ailənizi araşdırmamışıq. Zahirin işlə məşğul olduğunu bilmirik. Heç araşdırmaq fikrimiz yoxdur. Sevinc qızıl, brilyant tanımasa da, insanları yaxşı tanıyır. O seçibsə biz deyirik. Tez bir zamanda toyumuzu etdik. İndi iki övladımız dünyaya gəlib: qızımız Yavru, oğlumuz Sezay. Bizim nişanımız da, toyumuz da çox fərqli keçmişdi. Uşaqların adını qoyarkən , çalışdıq tam fərqli olsun. 

Hər şey yaxşılığa doğru

Nəhayət, Zahirlə evləndik. Dörd ay böyük çətinliklərimiz oldu. Evimiz yox idi. Zahir işləmirdi. Ömür boyu özünə bir fincan çay tökməyən qız isə evdar xanım olmuşdu. Maddi cəhətdən çox sıxıntılar keçirirdik. Amma bunların heç birini anamgilə bildirmədim. Ümidsizliyə qapılanda Zahir hər şey yaxşı olacaq deyib mənə dəstək olurdu. Zahirə inanırdım , bilirdim ki, o, bu çətin vəziyyətdən çıxış yolu tapacaq. Doğrudan da bizim həyatımızda hər şey yaxşılığa doğru getdi. Zahirə daha münasib təklif etdilər. Maddi vəziyyətimiz yaxşılaşdı. Heç vaxt dəyişib başqalaşmadı. İlk gündən onu necə saf, çalışqan tanıdımsa elə qaldı. Hər ikimizin yaradıcılıqla məşğul olması olduqca müsbət haldır. Bir-birimizi daha yaxşı anlayırıq. Yazdıqlarımı birinci Zahirə oxuyuram. Heç vaxt irad bildirməz. O mənim şeirimdən çox nəsrimi bəyənir. Bu günlərdə nəsr sahəsində özümü ciddi bir əsərlə sınağa çəkməyi düşünürəm. Bilirəm ki bu əsər onun çox xoşuna gələcək. Amma deyə bilmirəm, Zahir məni bəyəndiyindən əsərlərimi bəyənir, yoxsa əsərlərimi bəyəndiyindən məni bəyənir. (gülür)

 Özümü xoşbəxt hesab edirəm, çünki mən uşaqlıq həvəsimi itirməmişəm. Bu qədər pozitiv görünməyimə baxmayaraq, ən kiçik hadisə, hərəkət məni ağlada bilər. Ümumiyyətlə həyatda hər şey çətindir. Mənə elə gəlir ki, Zahir olmasa heç nəyin öhdəsindən gəlməyə gücüm çatmaz. Yeri gələndə dostumdur, qardaşımdır, atamdır. Əla kişidir. Heç vaxt onunla evləndiyimə peşman olmamışam. Əvvəllər Zahiri gənc qız kimi sevirdim. İndi bir qadın kimi sevirəm. O mənim hər şeyimdir, ölürəm onun üçün. (gülür)

Məhəbbət HACIYEVA
Firəngiz
AĞALAR
İdeya müəllifi: Tofiq Abdin

 





24.02.2014    çap et  çap et