525.Az

Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycandadır


 

Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycandadır<b style="color:red"></b>

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

 





11.01.2021    çap et  çap et