"Komitə olaraq tərəflər arasında əsir Xocayan Mamikonun durumu ilə bağlı dialoqu davam etdiririk".
ANS PRESS-in məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O bildirib ki, BQXK mandatına uyğun olaraq əlaqədar hakimiyyət orqanları ilə dialoqdadır.
Onun sözlərinə görə, Qızıl Xaç Komitəsi o zaman əsiri qaytara bilər ki, tərəflər arasında qarşılıqlı razılaşma olsun və əsir özü də razılıq versin. "Razılıq əldə ediləndən sonra müraciət olunarsa komitə qaytarılma əməliyyatında iştirak edir. Hazırda isə komitə olaraq tərəflər arasında əsirin durumu ilə bağlı dialoqu davam etdiririk. Detalları isə hələlik açıqlaya bilmərik".
Qeyd edək ki, 28 yanvar tarixində tutulan Xocayan Mamiko Tiqranoviç Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində təmas xəttini keçməyə cəhd göstərən ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi olub.
çap et