525.Az

“Xoca” unutmağa qoymur...


 

“Xoca” unutmağa qoymur...<b style="color:red"></b>

Yaxşı əsəri dəfələrlə oxumaq zövq verdiyi kimi, yaxşı filmi yenidən izləməkdə fayda var. Çünki hər dəfə əvvəl fikir vermədiyin, ya da gözündən qaçan hansısa məqama rastlayırsan, yeni nələrisə kəşf edirsən.

Milli faciələrimizdən ən dəhşətlisininXocalı qətliamının növbəti ildönümü ərəfəsində rejissor Vahid MustafayevinXocafilmini bir daha izlədim. Əslində sadəcə tamaşaçı kimi ekran qarşısına otursam da, filmdən sonra düşündüklərimi, hiss etdiklərimi qələmə almaq qərarına gəldim. Eynən yaxşı bir romanı oxuyandan sonra olduğu kimi. Təbii ki, bu yazıda peşəkar bir kinoşünas qənaəti axtarmaq düzgün olmazdı, amma bir seyrçinin filmdən təsirlənərək qələmə aldığı publisist qeydləri kimi qəbul etmək çox da çətin olmasın gərək. Saysanız bu yazıda üç nöqtələrin sayı bəlkə sözdən çox olacaq. Ona görə ki, bəzi mətləbləri sözlə tam ifadə etmək olmur. Bəzən sadəcə susmalısan...Susmaqla bəzən daha yaxşı danışmaq olur... Anlayan adama sükut dərdi daha yaxşı anladır... Sükut dərdi daha yaxşı ifadə edir...Sükut daha yaxşı xatırladır... “Xocakimi... “Xocaunutmağa qoymur...

Bu filmi izlədikcə gözümün qarşısında baş verənlər MinanınGəlin, dönək evəmahnısının təsiri altında paralel olaraq sanki fikrimdə canlanırdı...Tablo kimi... O mahnının sözləri , musiqisi bəzi məqamlarda elə yerinə düşür ki...

Soyuq evim istilik gözləyir,

Qar yağırqara bax, qara!

Divar uçub, amma ev dayanır,

Ehtiyac var möhkəm hasara.

Xocabaşdan sona simvol filmidir. Rəmzlər bolluğu hazırlıqlı tamaşaçı tələb edir. Həm hazırlıqlı, həm duyan ürəyə malik tamaşaçı. “Xocaqarşına bir qab dolusu popkorn alaraq izləniləcək filmlərdən deyil. Filmin yaradıcı heyəti burada həyatın faciəviliyini faciəvi həyatı maksimum ustalıqla təqdim etməyə çalışıb nail olub məncə.

Filmsmert” (ölüm ) kəlməsi ilə başlanır....Paradoksal maraqlı məqam...Bizim hər şeyin sonu bildiymiz ölüm həm nəyinsə başlanğıcıdır...Bunacan da bunu bilirdik, amma unutmuşduq elə bil. “Xocaunutmağa qoymur...

VVAQ bürosunda, insan həyatının yeni daha fərəhli bir dönəmində rejissor filməsmertkəlməsi ilə start verir... şifrə ilk başdan tamaşaçıya açılır... Ölüm şifrə deyil ki, əslində. Rejissor bunu sadəcə xatırladır...

Rəmzlər davam edir: VVAQ idarəsinin sədrinin sevgili cütlüyün arxasınca dediyiadam inşallah deyərkəlməsinin yarıqibtə, yarıpeşman nəhs aurası sınmış güzgünün ayrı-ayrı qırıqlarında əks olunan Günellə Əliəkbərin peşman siması ilə...

Azərbaycanın ilk neoekspressionist filmi olanXocada sözügedən janrın tələblərinə əməl olunub: obrazlılıq, canlı emosional maneralılıq, rənglərin parlaq, eləcə kontrast şəkildə təqdimatı...

Film kontrastların, kəskinliklərin təzadların-isti soyuğun, alov buzun, parıltı solğunluğun... üzərində qurulub.

Cavan komandir səylər göstərir,

Ordunu kökləyir zəfərə.

Güllə silahda, göz hədəfi seçir,

Ehtiyac var kəskin qərara!

Bu filmdə ləkə elementi qabarıq verilib: Xocalı faciəsində günahsız insanların düşmən gülləsinə tuş gəldiyi zaman üzərlərindəki ləkə... 1992-ci ilin nəfəsdonduran qış gecəsində Xocalıda axıdılan buğlanan qanın yaratdığı ləkələrin fonunda Bakıda isti otaqlarda rahat kabinetlərdə buğlananların  paltarları üzərinə tökülən qırmızı şərab ləkəsi...

Hər gün sərdar ölümə çağırır,

Hər gün qırılır gənclər!

Təmiz kostyumlar tostlar qaldırıb

Al qanı sərdarla içər...

ümumiyyətlə, Xocalının, Ağdamın, Şuşanın, Laçının...itirilməsində günahı olan hər birimizin vicdanındakı ləkə...

Torpaqlarsa çoxdan əldən gedib,

Əsgər tapdağının altına,

Məscidlər, kilsələr basdırılıb

Yerin yeddinci qatına...

Xocaəslində döyüş filmidir, fantastik təxəyyülün bəhrəsi olan triller. Bu, əslində sevgi dastanının fonunda verilən insan faciələrinin canlı ekran təsviridir.

Burada çoxlu sevgi hekayəti var... Günellə Əliəkbərin sevgisi, Yura ilə Mehribanın sevgisi, övladın ana sevgisi, ananın oğul sevgisi, Vətən sevgisi...Eləcə mədəsi bərk şey həzm eləməyənlərin qırmızı kürü yumşaq yumurtasevgisi”(!),xalqımızın bir qisminin mənasız dedi-qodusevgisi”, bəzilərinin pul, bəzilərinin mənsəbsevgisi”... “Xocasevgi filmidir əslində.

Bir film sevgi nifrəti, qaranlıq işığı, dəbdədə ehtiyacı, nəhayət, hər şeyin məntiqi sonu olan ölümü göstərir. Məhz sonuncu səbəbdən filmə tez-tez baxmaq lazımdır. Axı bir çoxumuz ölümün varlığını unutmuşuq...Günelin atasının  süfrə başındakı meşşan nitqində anlayırsan ki, harınlıq elə bir həddə çatar ki, nəinki vətənin, hətta ölümün varlığını belə unutdura bilər: “Buradı ey Vətən. Bakıdı Vətən. Toyu olduğu yerdi vətən...” Bu təfəkkürlə yaşayanlar, təkcə Bakını Vətən bilənlər o illərdə Qarabağı təslim elədilər. Məhz təslim...Atanın bəysiz toyunda ruhən, qəlbən cismən başqasına məxsus olan qızını dostu olan məmurun oğlunun qarşısında oynamaq üçün itələdiyi, toydan daha çox orgiyanı xatırladan məclisdə təslim elədiyi kimi...

Amma biz hamımız təslimçi deyilik... qədər paradoksal görünsə döyüşçü Yuranın timsalında buna bir daha şahid oluruq. Biz məğlub deyilik... Qadınımıza sevgimizə sahib çıxaraq düşmənə təslim etməyəcək qədər ürəkli, sonra da  o sevimli qadınsız sevimli vətənsiz yaşamağa gücümüz  çatmayacaq qədər acizik...Yurayla Mehribanın son görüş səhnəsi həm onların, həm tamaşaçının hisslərinin sınağa çəkildiyi məqamdır. Burada mən tamaşaçı olaraq labüd sonluğa  əsəbiləşirəm. Amma boşuna... “Smertsözü ilə hər şeyə qərar verilib əvvəldən... Ölüm əvvəldən hesablanıb...

Yurayla Mehribanın uçuq evdə son qucaqlaşma səhnəsi dialoqu həm təsirlidir, həm həyatın əsl üzünü göstərəcək qədər qəddar. Oturduqları o xarabalıq əslində onların qurmaq istədikləri yuvanı xatırladır, əvvəlcədən uçurulub, dağıdılıb. Yurasən uşaqlarımıza yaxşı ana ola bilərdinkəlməsindən sonra sevdiyi qadını bağrına basıb sanki qoynunda əridəcək bir nəvazişlə qucaqlayanda, sonra da tapança tutan əlini aşağı aparanda inanmırsan, heç inanmırsan ki, əslində labüd ölümün gözlədiyini biləbilə, anlaşılmaz bir ümidlə onu sevən kişinin qucağına sıxılan Mehribanı öldürəcək. Güllələyərkən Yura onun gözünə baxmır, baxa bilmir. Gözlərinə baxa- baxa sevdiyini öldürmək olmazdı...

Xocahəyatın qədər təzadlı olduğunu qədər ikili hisslər, ikili standartlar üzərində qurulduğunu yada salır. Eyni zaman kəsimində fərqli məkanların faciəsi açılırXocada: insanlar uzanıbXocalıda soyuqdan donaraq qarın üstündə...Bakıda şərabdan sərxoş olaraq yataqların üstündə...

Bu, təkcə Azərbaycana aid olan bir film deyil, bir neçə beynəlxalq festivalda nümayiş etdirilən bu film həm sözün bütün mənasında bütün millətlərə aiddir. Bu gün dünyanın əksər yerlərində insanlar dədə-baba yurdlarından qovulur, əsrlik ocaqları söndürülür. Körpələr, qadınlar, ahıllar amansızlıqla öldürülür...Dünya qana çalxanır...İnsanın ən təbii haqqı olan sadəcə yaşamaq nəslini davam etdirmək istəyi gözündə qalır... Bəylik kostyumunda toyunda oynamaq əvəzinə döyüşdə güllə havasınatərs oynamağıkim istər? Amma Vətən çağırırsa, getməlisən... Vətəntoyun olduğu yerdeyil, Vətən toyunu etmək üçün, övladlarını dünyaya qorxusuz-hürküsüz gətirmək  üçün qorumağı bacardığın yerdir...

Xocahəm məhz Azərbaycan filmidir. Bu filmdəki bizikyaxşısı pisi ilə.  Burada fantastika yoxdur, rejissor özündən heç uydurmayıb.  Bu filmdə məlum təbirlə desək, heç Amerika (oxu, Azərbaycan) kəşf olunmayıb. Amma burada məlum həqiqətlər ustalıqla film dilində tamaşaçıya çatdırılıb. Bu, bir yaddaş filmidir. Biz unutqanıq axı... Faciələrimizdən ibrət almayacaq, yanlışlarımızdan nəticə çıxarmayacaq qədər unutqan. “Xoca  faciələrimizi unutmamaq üçün milli antiamneziya filmidir. “Xocaunutmağa qoymur...

Kino sənətinin filmin janrının verdiyi bütün imkanlara baxmayaraq yenə uydurma xoş sonluq yoxdur burda...Rejissor tamaşaçını yalana qonaq etmir...Çünki hələ Xocalının adı erməni dilində çağırılır. Yalana bürünmüş xoş sonluq olmasa da, amma gerçəkləşəcəyinə inandığımız ümid varXocada. Həyata keçəsi, daha doğrusu, həyata keçiriləsi ümid...

Filmdə zaman məfhumu maraqlı təsir bağışlayır. Bəzən adama elə gəlir ki, bu film 22 ildir ekranda davam edir. Burada eyni zamanda həm bir epoxa canlanır, həm elə bil zaman axışı yoxdur. Filmsmert” – ölüm kəlməsi ilə başlayır, başlanğıcda ölüm hələ sözdədi, aradan müəyyən zaman keçir, bəzi hadisələr baş verir ölüm artıq maddibəhrəsini verib: Tabut ortalıqdadır. İşğal olunmuş vətəni simvolizə edən, dul qalmış Günel kimi ortalıqda...Amma rejissor inam yaradır tamaşaçıda.  Əliəkbərin nəslindən bircə qardaşı oğlu Mehdi əmanət qalıb gələcəyə. Günel (oxu, vətən) onu, Əliəkbərin qanının, qəhrəman geninin daşıyıcısı olan bu övladı bağrına basır, ona sahib çıxır. Övlad öz növbəsində Vətənə (oxu, Günel) –indi Xocalı sənsən- deyir...4

Yenə şəhid anası ağlayır,

Torpaq bölünüb məzarlara.

Atamızı öldürənlər tuşlayıb

Silahı bizim uşaqlara.

bu məsələ bu gün həll olmasa,

Qalacaq bizim balalara.

Qalxın, birgə gedək, heç olmasa

Sahib çıxaq torpaqlara!

Düzdür, vətəni xilas etmək üçün Mehdinin yaşca kiçik olması faktı ümidimizi gələcəyə tapşırsa daXocabizi əmin edir; Mehdi mütləq böyüyəcək, harasa qeyb olubsa, bir gün zühur edəcək bizə səslənəcək:


Bu
torpaq bizim olub

Mənasız savaşlardan qabaq.

O, öləcək bizsizlikdən solub,

Gəlin, onu qaytaraq!

Gəlin, dönək evə,

Bir yandıraq odumuzu!

Gəlin, dönək evə

İsidək ana yurdumuzu!

 





24.02.2014    çap et  çap et