525.Az

Xələf Xələfov: “Danışıqlar davam edir”


 

Xələf Xələfov: “Danışıqlar davam edir”<b style="color:red"></b>

“Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar davam edir. 2014-cü ildə Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi gündəlikdədir, bununla bağı Rusiya tərəfi öz qərarını verib və digər Xəzəryanı dövlətlər də bu qərarı dəstəkləyiblər”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
 
Onun sözlərinə görə, sammitin keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir və bu işlər iki formatda keçirilir: “İşçi qrupunun mütəmadi iclasları keçirilir. Bilirsiniz ki, sonuncu görüş Astanada olub, növbəti iclas Aşqabadda olacaq və orada da hazırlıq işləri müzakirə olunacaq. Aprelin 20-21-də xarici işlər nazirləri səviyyəsində konfransın keçirilməsi nəzərdə tutulur. Bundan sonra artıq sammitin keçirilməsi ətrafında hazırlıq işləri yekunlaşacaq. Ümid edirəm ki, sammit 2014-cü ildə baş tutacaq”.

 





24.02.2014    çap et  çap et