525.Az

İqtisadiyyatımızın inkişaf mərhələləri - Araşdırma


 

İqtisadiyyatımızın inkişaf mərhələləri - <b style="color:red">Araşdırma</b>

Azərbaycan müstəqillikdən əvvəlki dövrdə 

Azərbaycan uzun müddət keçmiş Sovetlər birliyinin üzvü olduğundan onun iqtisadiyyatı keçmiş SSRİ-nin vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi formalaşmış və onun strukturu tamamilə həmin birliyin iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmışdı. 18.10.1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası qarşısında duran mühüm vəzifələrdən başlıcası müstəqil ölkənin tələblərinə cavab verən və müasir dünya təsərrüfatına səmərəli inteqrasiya edən, bazar prinsipləri əsasında qurulmuş milli iqtisadiyyatını formalaşdırmaq oldu.

Müstəqillikdən sonra birinci dövr (1991-1994)

İqtisadi böhranı, istehsal həcminin daimi ixtisarı ilə, əhalinin həyat səviyyəsinin aşağı düşməsi ilə və onun gəlirlərinin fərqli şəkildə dəyişməsi ilə, inflyasiyanın artımı və işsizliyin meydana gəlməsilə yadda qalıb. Belə ki, 1990-cı illə müqayisədə sənaye istehsalı 62%, həyat səviyyəsi 3.6 dəfə, əmək haqqı səviyyəsi isə ortalama 80 %, ÜDM 53 %, kənd təsərrüfatı 44%, istehlak 45% azalıb.

Özəl Mülkiyyət Qanunu 1991-ci ilin iyun ayında qəbul edilib. 1992-ci ilin əvvəllərində qiymət liberilizasiyasına (qiymətlərin buraxılması, qiymətlərin dövlət tərəfindən qoyulmasına son) gedilmiş, eyni ilin yanvar ayında Əlavə Dəyər Vergisi tətbiqinə keçilib. Aprel ayında Xarici  Sərmayə Qanunu, avqust ayında isə Milli Bank Qanunu qüvvəyə minərkən, pul vahidi olaraq manat  bazarda fəaliyyətə başlayıb. 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə birlikdə Azərbaycan  idarəçiliyində nəzərəçarpacaq dəyişikliklər olub. Eyni zamanda, həmin dövrdə Prezident Heydər Əliyevin uzaqgörənliyi nəticəsində ən böyük neft şirkətləri ilə "Əsrin Müqaviləsi" adlandırılan neft sözləşmələri bağlanmışdır. Bununla da xarici sərmayənin ölkəyə cəlb olunması başlanıldı.

Müstəqillikdən sonra ikinci dövr (1995-2003) 

İqtisadi sistemin yenidən qurulması baxımından ən mühüm addım, ölkənin stratejik aspektdən sosial, siyasi və iqtisadi həyatında yeni dövrün başlanğıcı olaraq Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsi oldu (12.11.1995). Xülasə, cəbhədə atəşkəsin, daxildə isə stabilliyin əldə edilməsindən sonra növbə artıq iqtisadi islahatlara gəlmişdi. 1994-cü ildən etibarən ölkədə sərt iqtisadi tədbirlər görülməyə başlandı, BVF ilə aparılan sıx əməkdaşlıq və BVF proqramlarının tətbiq edilməyə başlanmasıyla aparılan sərt pul siyasəti ilə qısa müddət ərzində iqtisadiyyatın ümumi balansında bir rahatlıq əldə edilərək inflyasiyanın nəzarət altına alınmasına və ÜDM azalışının qarşısı alınmasına nail olundu.

Müstəqillikdən sonra üçüncü dövr (2003-cü il və sonrakı dövr)

2003-ci ildən sonrakı dövr müstəqillikdən sonrakı üçüncü dövr olaraq - dəyərləndirilə bilər. Heydər Əliyev məktəbinin davamçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə siyasi və iqtisadi kurs daha da möhkəm təməllərlə Azərbaycanın inkişafına töhfə vermişdi.

Azərbaycan hökumətinin beynəlxalq təşkilatlarla etdiyi görüşlər nəticəsində məqsədlərdən biri də hazırladığı orta müddətli yeni fəaliyyət proqramı ilə rifah səviyəsinin artırılması idi. Bu səbəblə bu mərhələdə tətbiq ediləcək iqtisadi siyasətlərin məqsədi ilə daha çox qeyri-neft sektorunun inkişafı qarşıya məqsəd olaraq qoyulub.

Keçid dövrünün ümumi qiymətləndirilməsi

Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan dövləti bazar iqtisadi sistemini formalaşdırmaq və inkişaf etdirmək üçün azad sahibkarlığın inkişafına lazım olan şəraiti yaradıb. Ona görə ki, azad sahibkarlıq bazar iqtisadi sisteminin əsasını təşkil edir. Azad sahibkarlıq isə iqtisadi azadlığa əsaslanır. İqtisadi cəhətdən azad olmaq üçün aşağıdakı şərtlər lazımdır.

"Torpaq islahata haqqında" Azərbaycan Respublikasmm qanunları qəbul edildi. Bunlarla yanaşı, sahibkarlığın inkişafına kömək məqsədilə Azərbaycan Prezidentinin bir neçə fərmanı olmuş və onun təşəbbüsü ilə 1994-cü ilin sentyabr ayında Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda beynəlxalq konfrans keçirilmiş, 1995-ci ildə Londonda Adam Smit İnstitutunda konfrans və Bakıda Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə həsr olunmuş beynəlxalq konfrans, sahibkarlarla görüş və s. bu kimi çoxsaylı tədbirlər Azərbaycanda sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafında böyük rol oynamış və oynayacaq. Sonrakı illərdə də bu sahədə çoxlu qanunlar, fərmanlar və başqa hüquqi sənədlər qəbul edilmiş və sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün zəruri olan hüquqi baza yaradılıb.

Adilə FƏRƏCOVA
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi, III dərəcəli dövlət qulluqçusu

 





12.01.2021    çap et  çap et