525.Az

Mərkəzi Bankın yeni binasının tikintisinə 218 milyon avro xərclənəcək


 

Mərkəzi Bankın yeni binasının tikintisinə 218 milyon avro xərclənəcək <b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni inzibati binasının tikintisinə 218 mln. avro yönəldəcək. Bina Türkiyənin "Tekfen" şirkəti tərəfindən inşa ediləcək.

525.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasının açıqlamasında deyilir.

Qeyd olunur ki, AMB-nin yeni inzibati binasının mühəndis, avadanlıq və material təchizatı, həmçinin "açar" təslim-tikinti işləri üzrə keçirilən tenderin qalibi "Tekfen Holding"ə daxil olan "Tekfen İnşaat ve Tesisat A.Ş." şirkəti olub.

 





13.01.2021    çap et  çap et