525.Az

Azərbaycan və Pakistan XİN başçıları görüşdülər


 

Azərbaycan və Pakistan XİN başçıları görüşdülər <b style="color:red"></b>

Pakistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

525.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Pakistanın XİN başçısı “Twitter”də bildirib.

O qeyd edib ki, Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır.

“İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır. Azərbaycan və Pakistan regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir”, - deyə Pakistanın xarici işlər naziri vurğulayıb.

 





13.01.2021    çap et  çap et