525.Az

"Azərbaycan Ordusu atəşkəsi pozmayıb" - Rəsmi


 

"Azərbaycan Ordusu atəşkəsi pozmayıb" - <b style="color:red">Rəsmi</b>

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya bu gün atəşkəs rejimini pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviş Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə erməni KİV-nin yaydığı məlumatları qətiyyətlə təkzib edib.

Bu barədə 525.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

“Azərbaycan Ordusu Qarabağda atəşin dayandırılması barədə 2020-ci il 10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmaya qəti şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən atəşkəsin pozulması halı baş verməyib, - deyə V. Dərgahlı vurğulayıb.

 





13.01.2021    çap et  çap et