525.Az

“Oskar”a namizəd kölə...


 

“Oskar”a namizəd kölə...<b style="color:red"></b>

Artıq XIX əsrin əvvəlində ABŞ köləliyin ləğvinə başlamışdı, lakin buna tam müyəssər ola bilməmişdi. Avropada isə köləliyi ilk ləğv edən dövlət İngiltərə, ardınca isə Osmanlı İmperiyası oldu (1857). Bir neçə ildən  1861-65-ci illər Vətəndaş Müharibəsi sona çatdıqdan sonra Abraam Linkolnun səyləri ilə köləlik qanunla  ləğv edildi. 1926- ildə isə BMT bütün dünyada köləliyin ləğvinə qərar verdi.

ABŞ-da köləliyə qarşı mübarizə aparan azad vətəndaşlardan biri , skripkaçı Solomon Nortap olub. O, kölə kimi doğulmayıb, azad həyat yaşayıb, evlənib, cəmiyyət arasında adı-sanı, şöhrəti olub. Ancaq həyatın qara üzlü həqiqəti onunla tezliklə rastlaşır... Həmin dövrdə azad zəncilərin həyatı hər zaman təhdiddə idi. Ağdərili sahibkarların bir qismi onlarla eyni hüquqa malik olanrəngliləri qəbul edə bilmirdilər. S.Nortap köləliyin olduğunu bilməsə , bir müddət bu iztiraba dözməli olur. Öz yaşadığı ərazidən kənarda sahibkarlara satılan zəncilərin nələr yaşadığını görən Solomon illər sonra zəncilərin hüquqlarını müdafiə edən bir liderə çevriləcəkdi. O, sahibkarların yanındanyeraltı yollarlaqaçan insanları müdafiə etmək üçün məhkəmələrə müraciət edir. Bir neçə məhkəməni uduzduqdan sonra isə, Solomon Nortap birdən-birə qeyb olur. 1863- ildən sonra həyatı barədə heç bir məlumat olmayan Solomonun iki il sonra tamamilə azad insanların yaşadığı ABŞ-ı görüb görməməsi barədə tarixdə bir bilgi yoxdur. 1853- ildə dostlarının köməyi ilə azadlığa qovuşan Solomon Nortap məhz həmin il öz avtobioqrafiyasını çap etdirir. haqqında çəkilən filmlər ancaq o mənbəyə əsaslanır...

Solomon NortapıOskara daşıyan film

Gələn ay film sahəsində dünyanın ən məşhur mükafatı sayılanOskarbuilki sahiblərini tapacaq. Yenə , mükafatlandırmadan sonra, müəyyən narazılıqlar, kino sənətinin düzgün qiymətləndirilməməsi mövzusunda müəyyən müzakirələr açılacaq. Deyərdim ki, bu müzakirələr bəzən haqlı yerə açılır. Getdikcə daha çox siyasiləşən bəzən tamaşaçıların sevmədiyi filmlərin bu mükafatı qazanmasıOskarın imicinə xələl gətirir. Amma yenə bu hər il keçirilən mükafatlandırma mərasiminin maraqla gözlənilməsinin qarşısını almır. Hollivud aktyorlarının çoxunun qatıldığı mərasim bir neçə müddət müzakirə edilir. İştirak edən filmlər, aktyorlar, film heyətləri, bəstəkarlar, qonaqların geyimləri, kuryoz hadisələr maraqlı açıqlamalar Oskar mükafatlandırılmasını mədəniyyət sahəsində ilin ən çox gözlənən mərasimi edir.

Bu il ən çox müzakirə olunanNebraska “12 il köləlikdəfilmləri mükafatın əsas namizədləri sayılırlar. Doqquz kateqoriyada mükafatı almaq üçün yarışan “12 il köləlikdəfilmi ABŞ-da zəncilərin hüquqlarına köləliyə həsr olunmuş tipik amerikan filmidir. Xüsusi olaraq, qeyd edim ki, bu filmin şansının yüksək olmasının səbəbi ABŞ tarixinə siyasətinə aid olmasıdır, çünki bu mövzulu filmlər çox vaxt mükafatı qazanırlar.

Filmin rejissoru Steve McQueen bundan əvvəlki iki filmində daha çox sənətə, art-haus üslubuna üstünlük versə , üçüncü filmində rejissor Oskar göstəricilərini nəzərə alaraq, Hollivud amerikan mədəniyyətinin tələblərinə cavab verən, daha çox ABŞ tarixinin həssas nöqtəsinə toxunan bir köləlik dramı təqdim edib. Olmuş hadisələrdən bəhs edən film Solomon Nortap adlı skripkaçı, azad zəncidən bəhs edir. Öz ailəsiylə birgə Vaşinqtonda normal insan həyatı yaşayan məşhur skripkaçı bir gün sirk işləriylə məşğul olduğunu deyən iki dost tərəfindən qaçırılıb kölə tacirlərinə satılır...

... Gözlərini açanda olduğunu anlamayan Solomonun iztirablı günləri başlayır. Ailəsindən xəbərsiz heç kimin onu dinləmədiyi bir mühitdə, tamamilə hüquqsuz vəziyyətdə olsa da, ümidini son ana qədər itirmir... Rolu canlandıran Chiwetel Ejiofor tərəf müqabillərinin oyununa nisbətən kölgədə qalır. Bu yerdə onu xatırladım ki, bu Solomon Nortap haqqında çəkilən birinci film deyil. Rejissor Gordon Parksın 1984- ildə çəkdiyiYarı qul, yarı kölə: Solomon Nortapın Odisseyiadlı kino “12 il köləlikdəfilmi kimi Solomonun öz avtobioqrafiyasını yazdığı kitaba əsaslanır. Baş rolların ifa tərzinə bacarığına baxdıqda 30 il əvvəlki filmdə oynayan Evri Bruks daha təbii inandırıcı oynayır. Eyni zamanda filmin kulminasiyası sayılan Solomonla Petsinin ayrılıq səhnəsi daha təsirlidir. Steve McQueenin filmi isə həmin filmin remeykinə daha çox bənzəyir. Çünki xüsusi dəyişiklik etməyən, məkanları geyimləri olduğu kimi canlandıran yeni film Gordon Parksın zəhmətini yerə vurmuş olur. Qətiyyən plagiat adlandırmaq doğru olmazdı, çünki hər iki filmin ssenarisi eyni kitabdandır.

Bu il keçirilən festivallarda verilən mükafatlarda siyahıların ən önündə gedən filmin prodüsserlərindən birinin Bred Pit olması filmin uğurunu əvvəlcədən sığortalamış olur, üstəlik filmin ən əsas həlledici yerində Bred Pitin ortaya çıxması, 15 dəqiqə ərzində bütün gedişatı dəyişməsi bir qədər şişirdilmiş olsa da, filmin afişalarında Bred Pitin şəklinin verilməsi üçün yetərli idi. İndiyə qədər ən məşhur filmlərdə yer alan Bred Pit indiyə qədər Oskarı qazana bilməyib, prodüsserlik etdiyi film bu mükafatı qazanarsa aktyor üçün bu prodüsser kimi uğur, aktyor kimi isə itki sayılacaq. Dəfələrlə tərəf-müqabillərinin Oskar qazanmasını müşahidə edən 51 yaşlı aktyor artıq karyerasının həyatının çılğın dövrünü adlayıb.

Standart Hollivud ssenarisi

Filmin çatışmayan cəhətlərindən biri tamaşaçının 12 ilin necə ötməsini hiss etməməsidir. Bütün fonda bunu nəzərə çarpdıracaq heç bir elment yoxdur. Filmdəki hadisələrin bir neçə ay ərzində baş verdiyini hiss edirsən, əslində isə, az, çox 12 il köləlikdə olan Solomonun ailəsi ilə rastlaşanda uşaqlarının böyüdüyü görməyincə baş verdiyini anlamaq mümkün deyil. Bir neçə sahibkarın yanında işləyən zəncilərin bütün hadisələri yarımçıq qalır. Belə filmləriədalətsizadlandırmaq tam yerinə düşər. Hadisələrin sonrasını bilmədən, mənfi obrazların cəzasını çəkmədiyi filmlər tamaşaçıda natamamlıq hissi yaradır.

Rejissorun əvvəlki filmlərinə nisbətən daha məhəlli mövzuya müraciət etməsi tənqidçilər tərəfindən birmənalı qarşılanmadı. Düzdür, filmlərin hamısı bəşəri mövzulara müraciət edə bilməz müəyyən bir tarixi göstərmək normal bir üsuldur. Ancaq bu tərz filmlərin daha çox Şimali Amerikaya aid olması, Solomonun əsir düşdüyü səhnədən etibarən kölə filmlərində gördüyümüz standart səhnələr, sahibkarın zülmü, bu zülm altında əzilən ürəyi pak, zəhmətkeş insanlar. Qeyd etdiyim kimi, film yarımçıq səhnələrlə, intriqalarla doludur. Benedict Cumberbathin canlandırdığı sahibkar Fordla Solomon arasında münaqişədən sonra filmin bu hissədən sonra daha həyəcanlı olacağını fikirləşirsən. Tamamilə əksinə, filmin dinamikası ölür, yerini dramatik səhnələr alır. Eləcə , film boyu, ya kitabda belə yazıldığında, ya da ssenaristin belə uyğun görməsinə görə Solomonun yanında olan qadın xarakterlərin heç biri xüsusi önəm daşımır. Nisbətən Petsi (Lyulita Nionqo) əzabın köləliyin əsl olduğunu tamaşaçıya çatdıra bilir. Filmin ən absurd qəhrəmanı olan, Bred Pitin canlandırdığı Samuel Bass bütün Hollivud filmlərində olan, ən xeyirxah düzgün insandır. 15 dəqiqəlik bir rola çəkilən Bred Pit sanki karyerasının artıq qocalıq dövrünü yaşadığını etiraf edir...

Maraqlı nüanslardan biri rejissoru səhnələrin çoxunu açıq səma altında, təbiətdə çəkməsi, müxtəlif gözəl mənzərələrdən istifadə etməsidir.

Filmin ən uğurlu obrazı sahibkar Edvin Eppsdir. Təsadüfi deyil ki, bu rola görə aktyor Maykl Fassbenderən yaxşı kişi roluna namizəddir. Digər uğur isə tanınmış bəstəkar Hans Zimmerin filmin soundtreklərinin müəllifi olmasıdır.

Köləlik filmlərdə maraqlıdır...

Filmdə Solomonun öz əsir yoldaşı ilə dialoqu ən yaddaqalan səhnələrdəndir, dostu Solomona hisslərini colovlamağı, əmrə itaət etməyi məsləhət görür. Solomonun cavabı isə filmin sonrasının onun yaşamaq üçün mübarizə edəcəyini anons edir...

“- Əgər sağ qalmaq istəyirsənsə səsini çıxartma, danışma...
Mən sağ qalmaq yox, yaşamaq istəyirəm”.

İlin kinosu adlandırılan “12 il köləlikdədaha çox TarantinonunZəncirsiz Canqoilə müqayisə olunur. Öz ağırlığıyla daha çox köləliyə istiqamətlənmiş, ölkənin keçmiş tarixini növbəti dəfə dünyaya çatdırmaq üçün dəridən-qabıqdan çıxan MakQuinin filmiylə, son dərəcə rahat hər anlamıyla tamamilə bütöv olan, heç bir nüansda ifrata farmayanCanqonu müqayisə etmək son dərəcə məntiqsizlikdir.

Haqqında danışdığım film qədər mükafat qazansa da, onuSolo ya da Sodomun 120 günü”, “Amistad”, “Spartakkimi təxmini eyni mövzulu filmlərlə müqayisə etmək doğru olmazdı.

 





24.02.2014    çap et  çap et