525.Az

Azərbaycanın Əfqanıstanda səfirliyi təsis ediləcək


 

Azərbaycanın Əfqanıstanda səfirliyi təsis ediləcək<b style="color:red"></b>

Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyi təsis ediləcək.

525.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə qanunun təsdiqlənməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə  Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

 





13.01.2021    çap et  çap et