525.Az

"Pakistan və Türkiyə şirkətlərini Qarabağın bərpasında iştirak etməyə çağırıram"


 

"Pakistan və Türkiyə şirkətlərini Qarabağın bərpasında iştirak etməyə çağırıram"<b style="color:red"></b>

“Pakistan və Türkiyədən olan şirkətləri işğaldan azad edilmiş torpaqlarımızın bərpasında iştirak etməyə dəvət edirəm”.

525.az-ın xəbərinə görə, bunu İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın XİN başçısı Ceyhun Bayramov deyib.

“İşğal altındakı torpaqlarımızı azad edərkən sizin verdiyiniz dəstəkdən qürur duyduq. Bu torpaqlara həyat vermək və rifah gətirmək üçün sizin dəstəyinizi gözləyirik”, - deyə XİN başçısı qeyd edib.

 





13.01.2021    çap et  çap et