525.Az

Buzdan hazırlanan robotlar kosmosa göndəriləcək


 

Buzdan hazırlanan robotlar kosmosa göndəriləcək<b style="color:red"></b>

Pensilvaniya Universitetinin bir qrup tədqiqatçısı buzdan hazırlanan robotları başqa bir planetə göndərə bilib-bilməyəcəyimizi araşdırır. Onlar bunun üçün buzdan robot hazırlayıblar.

525.az xəbər verir ki, tədqiqatçıların əsas məqsədi hər hansı nasazlıq baş verməsi halında özünü bərpa etmək üçün yerli mənbələrdən istifadə edə bilən bir robot dizaynı yaratmaqdır. Onlar sınaq robotuna müntəzəm hissələri və batareyaları daxil ediblər, yalnız əsas struktur komponentləri buzdan hazırlanıb. 6.3 kilo ağırlığında və əllə hazırlanmış ilk sınaq robotu, 2,5 dərəcə bir meyllə fırlanaraq sola və sağa yönəlməyi bacarır.

Tədqiqatçılar, təkmilləşdirildikdən sonra bu robotdan gələcəkdə Antarktida ərazisində istifadə oluna bilinəcəyini düşünürlər.

El Roman

 





14.01.2021    çap et  çap et