525.Az

"Qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə azalma olub"


 

"Qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə azalma olub"<b style="color:red"></b>

Ötən il qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə 87 faiz azalma olub. 2019-cu ildə 404, 2020-ci ildə 52 belə müraciət olub.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qaçqın statusu əsasında yaşayanların sayında da 6 faiz azalma olub: “Bu şəxslərdən 42-si İran, 27-si Əfqanıstan, 5-i Liviya, 2-si Pakistan, 2-si Cənubi Afrikadan olub”.

"Ötən il qanunsuz miqrasiyaya qarşı görülmüş tədbirlərdə 51 faiz azalma olub. Bu rəqəm 2019-cu ildə 14834 olubsa, 2020-ci ildə 7317-yə düşüb”.

Onun sözlərinə görə, qanunsuz miqrantların saxlama mərkəzlərində yerləşdirmədə 73 faiz azalma olub - 2019-cu ildə 1237, 2020-ci ildə 332 nəfər.

“Saxlama mərkəzi qapalı yer olduğundan bütün gigiyena tədbirləri görülüb, heç bir saxlanılan şəxsdə koronavirusa yoluxma qeydə alınmayıb”, - o bildirib.

“Readmissiya ilə əlaqədar 2019-cu ildə 480 sorğu olub, 2020-ci ildə isə bu rəqəmdə 1,3 faiz azalma var”.

Onun sözlərinə görə, ötən il bununla bağlı sorğuların sayı 474 olub: “2019-cu ildə readmissiya olunmuş şəxslərin sayı 457, ötən il 145 olub, ümumilikdə 68 faiz azalma var. Pandemiya ilə əlaqədar ötən il readmissiya ilə gələn şəxslər yalnız yanvar-fevral aylarını əhatə edib, onlar çarter reysi vasitəsilə ölkəyə gətiriliblər.

Xidmət rəisi deyib ki, indiyə qədər Dövlət Miqrasiya Xidmətinə readmissiya ilə bağlı 4647 sorğu olub: "1914 nəfərin sorğusu müsbət cavablandırılıb, ancaq hələ onların geri qaytarılması həyata keçirilməyib, nəzərdə tutulur".

 





14.01.2021    çap et  çap et