525.Az

Alpay Azərdən “Həyat epikrizi”


 

YAZIÇININ İLK ROMANI NƏŞR EDİLİB

Alpay Azərdən “Həyat epikrizi”<b style="color:red"></b> Alpay Azərin “Həyat epikrizi” romanı “Qanun” nəşriyyatında çapdan çıxdı.
 
525.az xəbər verir ki, sosial mövzulu əsər insanın borc alıb qaytara bilməməsindən, eyni zamanda yaxşılıq etməkdən bezməsindən, bir sözlə, insanın maddi nəsnələrdən asılılığından bəhs edir.
 
“Həyat epikrizi” müəllifin ilk romanıdır. Romanın qısaldılmış jurnal variantı “Azərbaycan” jurnalının 2017-ci il sentyabr nömrəsində çıxıb.



Romanın əsas obrazı - Murad iki yerdə işləyir, qazancı komforta yaxın həyat sürməyə imkan verir, amma eyni zamanda özündən qat-qat varlı dostundan pul umur və buna görə əzab çəkir. Sonra Murad elə bir ağır vəziyyətə düşür ki, əlindəki pul onun dadına çatmır, dostuna ağız açası olur. Səfil həyat sürən  Qarabağ qazisi ilə tanış olan Murad ona maddi, pul yardımı etsə də, bir müddət sonra yaxşılıq etməkdən bezir...

Alpay Azərin buna qədər hekayələrdən ibarət 2 nəsr kitabı (“Şax yeriyənlər”, “Yazıçı və arvadı”) çap olunub.
 





14.01.2021    çap et  çap et