525.Az

“Nəzarətçi müəllimlərdən 4 nəfəri şəhid olub”


 

“Nəzarətçi müəllimlərdən 4 nəfəri şəhid olub”<b style="color:red"></b>

“Bir il ərzində nəzarətçi müəllimlər sertifikatlaşdırılmadan keçirilib”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, nəzarətçilərin qiymətləndirilmə meyarlarına gəldikdə, həmin nəzarətçilər son 10 il ərzində mütəmadi imtahanlarda iştirak edən, nəzarət etdikləri otaqlarda imtahanlar zamanı köçürmə halı aşkarlanmayan, qeyri-kafi qiymət almayan və yekun qiyməti 4 olan (hər bir nəzarətçi müəllimin işi imtahan rəhbəri protokolunda qiymətləndirir), ən azı 15, son 2 il ən azı 3 qəbul imtahanında iştirak edən müəllimlərdir. Belə kriteriyalara uyğun gələrək təşəkkürnamə alan nəzarətçilər 80 rayon və şəhərdə seçilib. Bu nəzarətçilərlə bağlı məlumat məktəblərə, təhsil şöbələri və Təhsil Nazirliyinə göndərilir:
 
“Təltif olunan nəzarətçilər arasında fəxri fərmana layiq görülən 38 müəllimdir. Həmin müəllimlərin son 5 ildə fəaliyyəti yüksək qiymətləndirilib, ən azı 25 imtahanda iştirak edib. 600-dən yuxarı bal toplayan şagirdlər həmin nəzarətçilərin fəaliyyətini yüksək qiymətləndirib. 12 il ərzində 363 belə müəllim təltif olunub. Ötən ilki imtahanlarda iştirak edən 50 nəzarətçi müəllim Vətən Müharibəsində də iştirak ediblər. Onlar müəllimlik borcunu yerini yetirdikdən sonra cəbhədə vuruşublar.  4 nəfər nəzarətçi-müəllim – İmaməliyev Elvin Elsevər oğlu, Rəhimov Tural Arif oğlu, Hüseynli Etiram Həsən oğlu, Nəciyev Xalid Qabil oğlu Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Allah onlara rəhmət eləsin”.

2020-ci ildə keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 15657 nəfər olub.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 11334, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 6700 nəzarətçi cəlb edilib. Yekun olaraq bu imtahanlarda 13043 nəzarətçi (bir nəzarətçinin bir neçə imtahana cəlb edildiyini nəzərə alsaq 28157 nəzarətçi) iştirak edib.

2020-ci ildə nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilən nəzarətçilərlə yanaşı, köçürməyə və digər qayda pozuntularına yol verən, cəlb edildiyi imtahanlara üzrlü səbəb olmadan gəlməyən nəzarətçilərlə də bağlı tədbir görülüb. Qeyd olunan səbəblərə görə 188 nəzarətçi bazadan xaric edilib və onlar haqqında məlumatlar müvafiq qurumlara göndərilib.

 

 





14.01.2021    çap et  çap et