525.Az

"Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”


 

"Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”<b style="color:red"></b>

Pakistan Prezidenti Arif Alvi Azərbaycan xalqını və hökumətini Dağlıq Qarabağın azad olunması münasibətilə təbrik edib.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana səfəri çərçivəsində bu ölkənin prezidenti Arif Alvi ilə görüşüb.

Pakistan prezidenti ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Prezident Arif Alvi Pakistanın Azərbaycanla ortaq dinə və mədəni əlaqələrə söykənən münasibətlərinə yüksək qiymətlndirdiyini qeyd edib.

Pakistanın dövlət başçısı iki ölkə arasında ticarət həcminin genişləndirilməsinin və mədəni və ticarət əməkdaşlığının daha da təşviq edilməsinin vacibliyini vurğulayıb. 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki ölkə arasında ticarət və mədəni əməkdaşlığı artırmaq üçün böyük potensialın olduğunu söyləyib. 

Ceyhun Bayramov Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədiyinə görə Pakistana təşəkkür edib. XİN başçısı Azərbaycanın bütün beynəlxalq platformalarda Kəşmir məsələsində Pakistanın yanında olmağa davam edəcəyini deyib.

 





14.01.2021    çap et  çap et