525.Az

“Min il məhkum olsa, gülər səadət”


 

ŞAİR ZEYNAL XƏLİLİN 100 İLLİYİ QARŞISINDA DÜŞÜNCƏLƏR

 “Min il məhkum olsa, gülər səadət”<b style="color:red"></b>

Zeynal Xəlil 1914- ilin ilk yaz aylarında dünyaya gəlib. Bəzi mənbələrdə onun doğum tarixi mart ayının 23-ü, bəzi mənbələrdə isə aprelin 1-i göstərilir. Bütün hallarda o, ömrünə taleyinə bahar qisməti düşənlərdəndir. Bu belədirmi? Şair ömrü çətinliklərdən mübarizələrdən yan ötüşə bilibmi?

Hər şeydən öncə, Zeynal Xəlilin doğum ili təlatümlər, fırtınalar, qasırğalar zamanıydı. Rusiyada inqilablar baş verirdi. Birinci Dünya müharibəsinin alovları püskürməkdə idi. Şairin canı qanı qədər sevdiyi Gəncə isə heç nədən uzaq deyildi, hadisələr ondan yan keçmirdi. Qədim Azərbaycan şəhəri bütün proseslərin içində, mərkəzində idi. Orada xalqın tarixi taleyi həll olunurdu.

Şairin doğulduğu ailə sadə bir sənətkar ailəsiydi. Atası Rza kişi papaqçı, anası Zəhra xanım evdar qadın idi. Bir tikə çörəyə, qazandıqları halal ruziyə şükranlıq edərdilər. Bu ailədə beş oğul böyüyürdü. Əli, Həsən, Hüseyn, Zeynal Məmməd. Ata ana övladlarına imamların peyğəmbərin adlarını verməklə, Tanrılarına, həm mənsub olduqları dini adət-ənənələrə bağlı olduqlarını nümayiş etdirirdilər. Bu beş oğuldan ikisi nəslin adət-ənənəsinə sadiq qalaraq, papaqçı sənətinə yiyələndilər. Hüseyn Xəlilov görkəmli aqrokimyaçı alim oldu. Uzun illər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri vəzifələrində çalışaraq, respublikanın əməkdar elm xadimi adına layiq görüldü. Əlli doqquz il ömür sürən Məmməd Xəlilov isə 1964- ildən 1976- iləömrünün sonunadək respublikanın kənd təsərrüfatı naziri vəzifəsində çalışdı, Azərbaycanın əməkdar mexanizatoru adına layiq görüldü. Zeynal Xəlil isə...

Gəncənin qaynar mühiti Zeynal Xəlilin bütün həyatına yaradıcılığına təsirsiz ötüşmədi. Milli-mənəvi paytaxtımızda cərəyan edən hadisələr şairin əbədi sevgisi, nisgili olmaqla bərabər, onun dünyasını silkələdi. Üsyanlar, vuruşlar, ölümlər Gəncədə tökülən nahaq qanlar onun uşaq yaddaşında böyük tarixi olayların silinməz izlərini yazdı. İllər keçəcək, sovet hakimiyyəti illərində belə, şair Gəncəyə olan sonsuz məhəbbətini çəkinmədən bəyan edib, “Yelizavetpolda doğuldum, Kirovobadda böyüdüm, Gəncədə öləcəyəm” – deyəcəkdi.

Şairin həyatının sonrakı illəri Bakı ilə bağlı olsa da, o, doğma beşiyinə sədaqət məhəbbətini özünün yaradıcılığında  hər an inkişaf etdirdi, Bakıdan yazanda Gəncəni, Gəncədən yazanda Bakını əzizlədi.

Pedaqoji texnikumda təhsil aldıqdan sonra Gəncə məktəblərində müəllimlik etdi, Bakıda Azərbaycan Pedaqoji İnstitutunda təhsil illəri Zeynal Xəlilin gələcək fəaliyyəti üçün təkcə təcrübə  kimi deyil, həm onun düşüncə fikrinin  formalaşmasında mühüm rol oynadı. Ali məktəbdən sonra Goranboy rayonunda məktəb direktoru işləyərkən, özünün yaddaşında, bədii təxəyyülündəQatır Məmmədmənzum dramının konturlarını hazırladı. Bu əsər illər sonra bitkin şəkildə yazılacaq müəllifinə böyük şöhrət gətirəcəkdir.

1937-ci ilin ağrı acılarından Zeynal Xəlil bir çox qələm dostları kimi sakit ötüşmədi. Əhməd Cavadın arxivlərdə saxlanancinayət işində Zeynal Xəlilin adı keçir. İstiqlal şairini gənc Zeynal Xəlilin əqidəsinə məfkurəsinə təsir etməkdə günahlandırırlar. Əhməd Cavad müstəntiqin sözlərinəBu, belə deyildircavabını verir. Zeynal Xəlil isəƏhməd Cavadla bizim aramızda heç zaman bu cür söz-söhbətlər olmamışdırdeyir.

Zeynal Xəlilin ilk şeirlər kitabıİstəkadlanırdı. Əslində, şairin ilk kitabının adı onun gələcək arzu duyğularının bir anonsu idi. Böyük Vətən müharibəsi illərində Zeynal Xəlil Azərbaycan Yazıçılar İttifaqının məsul katibi vəzifəsində çalışdı. Onda şairin vur-tut 25-26 yaşı var idi. Ölkənin müharibə qanunları ilə yaşadığı bir dövrdə istənilən vəzifəni daşımaq məsuliyyət olmaqla yanaşı, həm sonsuz bir cavabdehlik idi. Şairin qələm könül dostu, müharibə illərində Azərbaycan Yazıçılar İttifaqının sədri vəzifəsində çalışan böyük Səməd VurğunBilsin ana torpaq, eşitsin Vətən, müsəlləh əsgərəm mən bugündən!” deyirdi. Bütün qələm adamları, şair yazıçılar, harada olsalar belə, əsgər şinelində idilər. Bu şinel kənardan bir forma kimi görünsə , yaxından amal əqidə idi. Zeynal Xəlil bu illər ərzində qələm dostları ilə birgə döyüşən orduda görüşlərdə olur,  səngərlərin soyuğunu, silahların barıt mərmi qoxusunu sinəsinə çəkir. Ən başlıcasıdöyüşçü əzmini, onların sınıb əyilməyən iradə mətanətlərini görür, bir-birinin ardınca vətənpərvərlik ruhlu şeirlərini, əsərlərini yaradır. İllər keçəndən sonra Xalq yazıçısı Süleyman Rəhimov şair haqqında yazdığı məqalələrin birində deyirdi: “Yadımdadır, hələ Böyük Vətən müharibəsindən əvvəl biz Zeynal XəliləKörpə aslandeyərdik. Zarafatla da olsa, sonradan qoyma adların özünə görə mənası, əhəmiyyəti vardır. Özü bəzən əsl adından da artıq öz yerinə düşür. Əlbəttə, “Körpə aslanadı şair Zeynal Xəlilə onun mərdliyinə, mübarizliyinə görə verilmişdi. Əgər yanılmıramsa, bu adla Zeynal Xəlili ilk dəfə Səməd Vurğun çağırmışdı.

BizimKörpə aslanlirikaya, insan gözəlliyinə biganə deyildi. Zeynal Xəlil lirikası dildən-dilə düşür, bəstəkarlarımız tərəfindən unudulmaz nəğmələr, gözəl musiqi əsərləri ilə müşayiət edilir”.

İkinci Dünya müharibəsinin şiddətli vaxtında, 1942-ci ildə Zeynal XəlilinTatyanapoeması çap olunur. Bu əsər müharibə dövrünü, onun çətinliklərini, ağrı iztirablarını, insanların mübarizliyini olduqca dolğun əks etdirir. Analar müharibəyə oğullarını yola salır, bir ana isə öz qızını cəbhəyə göndərir. Şair rus qızının simasında Vətəni torpağı sevən bir insan obrazı yaradır. Onun ağrısını, sevincini duyğlarını əks etdirir. Bilmirəm zamanmı dəyişib, dövrmü başqa dövrdür, yoxsa burada bir sirri-Xudamı var, o illərdə yazılan bütün vətənpərvərlik şeirləri, qəhrəmanlıq nəğmələri, nəsr poema janrında yazılan əsərlər adamları, oxucuları bir andaca səfərbər edə bilirdi. Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Osman Sarıvəllinin, Məmməd Rahimin, Əhməd Cəmilin digər şairlərimizin şeirləri yaddaşlara hopub, beşik başında nəğmələrə çevrilirdi.

Əfsanəvi “416- Taqanroq diviziyasıhaqqında ədəbiyyatımızda xeyli sayda əsərlər yazılıb.  Zeynal XəlilinDörd yüz on altışeiri özünün həm orijinallığı, həm məzmunu, həm deyim tərzi ilə seçilir. Formanın özü diqqəti cəlb edir:

  

Ana torpaq eşitdi, bayram etdi bu günü...

Dəniz kimi qabardır

 Cavanşir öz köksünü

Uzaqlara tutaraq əlindəki süngünü,

Dedi: – Dörd yüz on altı!

  

Qızlar məktub göndərdi,

nəğmə qoşdu bəstəkar,

Zülfü segah oxudu, Qurban kişi çaldı tar.

Dastanlara sığmadı sizdəki mərdlik, vüqar,

Dedi: – Dörd yüz on altı!

Zeynal Xəlilin istər Böyük Vətən müharibəsi illərinə qədər, istər müharibə  dövrü ondan sonrakı illərdə yaradıcılığı olduqca qaynar, səmərəli rəngarəngdir. Müharibə illərində yaratdığı 1945-ci ildə çap olunmuşKoroğlunun qocalığıpoeması şairin maraqlı əsərlərindən sayılır. ŞairinTaras”, “Fədai”, “Koroğlunun qocalığıQatır Məmmədkimi əsərləri onun keçmişə, yaşanan hadisələrə hörmət məhəbbətinin təcəssümü idi.

Zeynal Xəlilin yaradıcılığı poeziyamızın ümumi inkişaf illərinə təsadüf edir. Bu dövrdə  ədəbiyyatımızda bir-birindən fərqlənən, amma yeni ruh, yeni ab-hava gətirən əsərlər yazılmaqda idi. Belə bir zamanda öz yaradıcılıq dəst-xətti ilə yaddaşlara yazılan Zeynal Xəlil üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, poeziya ədəbiyyatımıza öz töhfələrini verirdi. O, 59 il ömür sürməsinə baxmayaraq, böyük bir yaradıcılıq yolu keçdi, mənzum dramlar, neçə-neçə poema epik-lirik əsərlər yazıb-yaratdı. Ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə dair maraqlı məqalələr müəllifinə çevrildi. Təsadüfi deyildir ki, hələ şairin sağlığında onun ana dilimizdə  22-dən çox kitabı, rus dilində isə 6 kitabı nəşr edildi.

Müasirləri onu xeyirxah ədalətli bir insan kimi xarakterizə edir, yüksək insani keyfiyyətlərindən söz açırdılar. Zeynal Xəlil sanki hamıya hər kəsə yaxşılıq etməyə tələsirdi. Bu, şairin qarşıya qoyduğu məqsəd amal idi.

İnsan ona məhəbbət, sədaqət, xeyirxahlıq yaxşılıq, yuxarıda qeyd etdiyimiz kimi, Zeynal Xəlil poeziyasından bir ana xətt kimi keçir. Şair ən çətin anda səadətin qələbəsinə inanır, pislik nanəcibliyin ötüb-keçəcəyinə həm özündə, həm oxucuda dərin bir inam yaratmağa çalışır. “Min il məhkum olsagülər səadət, min il hakim olsaölər fəlakət” – deyirdi. O, insanı günəşə yox, günəşi insana bənzədirdi, insana Yer üzünün günəşi kimi bir qiymət verirdi. Bununla şair sanki insanın üzərinə böyük bir məsuliyyət düşdüyünü diqqətə gətirirdi, “sən Günəşsən, sən Günəş kimi xeyirxah olmalısandeyirdi. Ən çətin anda belə, insana küsənir, insana pənah gətirirdi.

Yaradıcılığının son illərində, cavanlıqdan belə böyük ədəb-ərkan sahibi olan Zeynal Xəlil daha da müdrikləşir, həyata daha da fəlsəfi yanaşır. Həyat zamanın fəlsəfəsi onun yaradıcılığında bir az da güclü şəkildə əks etdirilir. Şairin yaratdığı əsərlər xeyirlə-şərin mübarizəsindən, dünya malının, var-dövlətin ani, səadətin əbədi, fəlakətin isə ötəri olduğundan söz açır. Şairin sevimli qızı Afaq xanımın məzar daşında onun iki misrası yazılıb. Bu misralar insanı qədər düşündürür, onun daxili aləmini, varlığını silkələyir:

  

Hər kəsə sonadək gülmür səadət,

Hamını növbəylə tapır fəlakət...

  

Səadət fəlakət şairi düşündürən ən böyük problemlərdən biri idi.

Zeynal Xəlil həm ölməz mahnılar müəllifidir. Şair hələ sağlığında qeyd edirdi ki, söz mahnını, mahnı sözü gözəlləşdirməlidir. Ötən əsrin 50-ci illərində unudulmaz Q.Hüseynlinin şairin sözlərinə bəstələdiyiAy işığındamahnısı yarım əsrdən çoxdur ki, səslənməkdədir. Klassik sənət ustalarının oxuduqları bu mahnı sənətə yeni gələnlərin repertuarlarına daxil edilir. A.Babayevin şairin sözlərinə bəstələdiyiKimlər gəldi, kimlər getdimahnısı Mirzə Babayevin ifasında sanki bir simfoniya kimi səsləndi sevimli mahnılardan birinə çevrildi.

Ötən əsrin 70-ci illərində, şairin ölümündən sonra unudulmaz Emin Sabitoğlunun Zeynal Xəlilin sözlərinə bəstələdiyiBu gecəmahnısı da musiqi salnaməmizin incilərindəndir.

Zeynal Xəlil həyatı boyu müxtəlif vəzifələrdə çalışdı, amma ədəbiyyat, poeziya, sənət onun həyatının heç ilə əvəz olunmayan bir hissəsi oldu. Şairin 2004- ildə latın qrafikasında çap olunmuş seçilmiş əsərlərinə ön söz yazarkən, mən bir daha Zeynal Xəlilin yaradıcılıq yoluna yaxından nəzər yetirdim. İllər keçir, zaman öz-özündən uzaqlaşır, bugünkü oxucu şairin yaradıcılığı ilə tanış olanda onun qaynar, isti, həlim, həm mübariz obrazını gözləri önündə canlandıra bilir. Onu tanyanlar yaxşı bilirlər ki, Zeynal Xəlil ürəyi ilə sənəti arasında sərhədi, səddi olmayan şairdir. O, öz hisslərini, düşüncələrini gizlətməyi bacarmırdı. Elə buna görə onun geniş yaradıcılığı insan ömrünün bir-birini tamamlayan üfüqlərindən süzülüb gəlirdi. Bu yaradıcılığın bir qütbündə uşaqlıq illərinin sərt ehtiyacı vardı, amma onda taledən şikayətlənmək yox idi, digər qütbündə isə bütövlükdə bir insan qəlbi, şairin öz mənəvi dünyası dayanır. O, özünü doğulduğu yaşadığı XX əsrin bütün qayğılarından, sevincindən qəmindən ayrı təsəvvür edə bilmirdi. “Sən məndəsən, mən səndə, əsrim, taleyim mənimdeyirdi.

Doğma Gəncə çayı, Hacıkənd, Gəncənin xan çinarları, dağlar gözəli Göy-Göl Zeynal Xəlilin ilham mənbəyi, bitib-tükənməyən sevgi dünyasıydı. “Mirzə Şəfi Vazehi oxuyarkənsilsiləsinə daxil edilən şeirlər bir tərəfdən böyük Mirzə Şəfiyə məhəbbət sevgidən söz açırsa, digər tərəfdən, Gəncənin, Göy-Gölün, Kəpəzin, Qoşqarın füsunkarlığını bədii boyalarla əks etdirir. Şair Mirzə Şəfi Vazehin dili ilə deyir:

  

At sürüb Göy-Gölə çox çıxmışam mən,

Dağlarda çiynimə qonubdur bulud!

Meşələr xəyala dalanda hərdən

Məni öz qoynuna alıbdır sükut.

  

Tiflisdə edəndə Kürə tamaşa,

Duydum Gəncəçayın qıjıltısını,

Az qaldı başımda xəyalım çaşa,

Andım göy otların xışıltısını.

  

... Vətənsiz gülmədi gözümdə aləm,

Andım xan Kəpəzi, andım Qoşqarı...

  

... Gəncə hər sözümə bir qanad oldu,

Könlüm Gəncə ilə daim şad oldu...

  

1956- ildə Zeynal XəlilinGöy-Göl düşüncələriçap olunur. Unudulmaz yazıçımız İlyas Əfəndiyev yazırdı: “Şairin bir qələm yoldaşı, bir oxucu kimi mənə xoş gələn cəhəti, hər şeydən əvvəl, bu şeirlərdəki hisslərin, düşüncələrin təravəti, saflığı gözəlliyidir. Onları oxuyarkən Göy-Gölün hüsnünü, onun sahillərində titrəşən çiçəklərin rahiyyəsini duyursan. Elə bil ki, sən şairlə bərabər o yerləri gəzib, təbiətin ecazkar gözəlliyinə nüfuz edirsən, kölgədə bitmiş, rəngi solğunçiyələyigörüb fikrə gedirsən, şehli otlar üzərində qalmışmaral izisənə həyatın bir mənasını xatırladır. Uzun qərinələrdən bəri yalqız qalan, üzərinə quş da qonmayanboz qayaxeyirsiz, xudpəsənd adamları sənin yadına salır...”

Böyük yazıçının illər öncə yazdığı bu sətirlər ruhumu titrətdi, varlığımı silkələdi. Ümumiləşmə təsvir dairəsi qədər poetik genişdir! Çoxdan bəri üzünü görmədiyim Göy-Göl üçün qəribsədim, xəyal məni o yerlərə apardı. Bir yadıma ötən günlər düşdü. Bir zamanlar Hüsü Hacıyevin adını daşıyan küçə, indiki Azərbaycan prospekti... Onda mən Hüsü Hacıyevin kim olduğunu da bilmirdim. Amma bilirdim ki, bu dünyada İlyas Əfəndiyev adlı bir yazıçı var mən orta məktəb illərindən onun əsərlərini oxumuşdum. İçimdə birSöyüdlü arxsevgisi var idi. Bakıya ilk gəldiyim ötən əsrin 70-ci ili... Həmin binanın üçüncü mərtəbəsində arası az qala rəmzi olaraq kəsilən uzun bir eyvan baş alıb gedirdi. Bu eyvanın bir tərəfində Zeynal Xəlil, o biri tərəfində İlyas Əfəndiyev üz-üzə əyləşərək, masanın üzərindəki çaydan qurtum-qurtum içə-içə, şirin-şirin söhbət edirdilər. Onlar bu binada uzun illər od yox, ürək qonşusu oldular.

İndi hərdən bu binanın qarşısında ayaq saxlayıb, başımı qaldırıb üçüncü mərtəbəyə baxıram. Bina o binadır, eyvan o eyvandır, illər o illər deyil...

Zeynal Xəlil haqqında sağlığında da, dünyasını dəyişəndən sonra da ədəbi tənqid kifayət qədər söz deyib, sənət dostları maraqlı fikir söyləyiblər. Kamal Talıbzadə, Əkbər Ağayev, Qulu Xəlilli, Tələt Əyyubov, Camal Əhmədov, Faiq Məmmədov, Kələntər Kələntərli, Orucəli Həsənov, Ağa Laçınlı, Şamil Salmanov, Adil Babayev, Əlfi Qasımov, Nurəddin Babayev, İmran Abbasov, Qurban Bayramov başqaları şairin yaradıcılığı şəxsiyyəti haqqında geniş məqalələr yazıb, onu bir sənətkar vətəndaş kimi xarakterizə ediblər. Unudulmaz tənqidçimiz Məsud Əlioğlu şair haqqında bir neçə məqalə yazaraq, az qala onun irili-xırdalı bütün əsərləri haqqında geniş fikir söyləyib, əsərlərinə yaradıcılığına zamanında obyektiv qiymət veribdir. TənqidçininUlduzlarmənzum romanı haqqında yazdığı fikirlər bu gün olduqca əhatəli səmimi səslənir: “UlduzlarZeynal Xəlilinİki dostadlı məlum poemasında təsvir etdiyi hadisələrin insanların daha dərin, geniş əhatəli bir şəkildə işlətdiyi məsələlərin yeni variantıdır. Bu yaxşı haldır ki, yazıçı onu yaradıcılığı boyu düşündürən maraqlandıran müəyyən obrazlar aləminə yenidən qayıtmağa ehtiyac hiss edir...”

Zeynal Xəlil haqqında yazarkən, şair ədəbiyyatşünas Sona Xəyalın adını çəkmədən ötüşmək olmur. O, arxivləri, mənbələri, kitabxanaları gəzib-dolaşaraq, Zeynal Xəlil haqqında gözəl bir monoqrafiya ərsəyə gətiribdir. Şairin 90 illiyinə həsr olunan bu kitab Zeynal Xəlil haqqında yazılmış ciddi tədqiqat əsəridir. Sona Xəyal yazır: “Mən Zeynal Xəlili həyatda görməmişəm, amma şəklinə baxanda mənə məsum təsir bağışlayır. Elə onun şeirlərində bu təmizlik, uşaq məsumluğu hiss olunur. İstər xalq ifadəsi olsun, istər atalar sözü, istərsə şairin öz sözühamısını Zeynal Xəlil öz dünyasından elə keçirir, öz yaradıcılığında elə əridib istədiyi şəklə salır ki, oxucuya təbii təsir bağışlayır”.

Bu il şairin anadan olmasının 100 ili tamam olur. O, 59 il ömür sürdü, Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görüldü, bir çox orden medalları ilə təltif edildi. Ədəbiyyatımızın poeziyamızın görkəmli simalarından biri kimi xatırlanır bundan sonra da xatırlanacaqdır. 1973- il avqust ayının 10-da şair qəflətən dünyasını dəyişdi. “Ədəbiyyat incəsənətqəzetinin  şairə ayırdığı vida səhifəsində onun sənət dostlarının dediyi ən isti, ən kövrək sözlər illər keçəndən sonra da adamın qəlbinə düşüncəsinə təsir edir. Günlərin bir günü unudulmaz şairimiz Osman Sarıvəlli ilə Zeynal Xəlildən söz açdıq. Osman müəllim dərin bir fikrə getdi. Böyük şairin ömrünün son illəri idi. O, olub-keçənləri xatırladı dodağından aşağıdakı sətirlər qopdu:

Yaddaş çaşıb, huş gedibdi,

   İndi ələ gələn

         xəyal da yoxdu.

   Səməd köç eylədi,

         Zeynal da yoxdu...

 





24.02.2014    çap et  çap et