525.Az

Buraxılış və qəbul imtahanları nə vaxt olacaq?


 

Buraxılış və qəbul imtahanları nə vaxt olacaq?<b style="color:red"></b>

“Yanvarın 18-nə qədər imtahan tarixləri haqqında fikir söyləyə bilmərəm, bizim işçilərin də 30 faizi iş yerindədir. Digərləri onlayn rejimində çalışırlar. Bu halda heç bir təşkilat kütləvi imtahan keçirə bilməz, 3 saatlıq icazə var evdən çıxmaq üçün”.

525.az-ı məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yalnız yanvarın 18-dən sonra təxmini tarixləri demək mümkündür: “Daha əvvəl isə imtahan ardıcıllığını elan edəcəyik. Sonra isə tarixlər müəyyənləşəcək, bu, bizdən asılı deyil, tarix pandemiya şərtlərindən asılıdır ki, yoluxma səviyyəsi necə olacaq, kütləvi imtahan keçirmək mümkün olar, ya yox. Amma hər bir təklifimizi hazırlayıb hökumətə təqdim edirik ki, bizə icazə verilsin. Bir dəyişiklik o olacaq ki, bu il də IX siniflər yalnız bir mərhələdə imtahan verəcək. İmtahan strukturu elan olunub, xüsusi jurnal da çap edilib”.

“İstəyirik ki, magistratura imtahanları ilə bağlı sənəd qəbulunu yanvarın 30-na qədər başlayaq. Bu, yanvarın 18-dək elan olunan karantin rejimi ilə bağlı qərardan asılıdır”.

Onun sözlərinə görə, bu imtahan bir mərhələli olacaq:
 
“İmtahanın fevral ayında keçirilməsi üçün tələsmək lazım deyil, amma həmişə çalışırıq ki, bu imtahanı bir az tez keçirək ki, buraxılış və qəbul imtahanına vaxt qalsın. Qəbul imtahanını 2 dəfə keçirirdik, keçən il belə imkanımız olmadı, bu, bizim istəyimiz deyildi, pandemiya ilə əlaqədar belə oldu. Mart ayından imkan olsa, ola bilsin ki, yenə də iki mərhələdə - həm yaz, həm yay sessiyası keçirək. Aprel-mayda həmin ilin məzunları tam hazır olmur, çalışacağıq ki, bu il qəbul imtahanları 2 dəfə keçirilsin. Bu cədvəli imtahan ardıcıllığını müəyyən edəndən, müxtəlif dövlət orqanları ilə razılaşdırandan sonra elan edə bilərik. Keçən il müəyyən imtahanlarla bağlı razılıq verilmişdi, sonra vəziyyətlə əlaqədar imtahan keçirə bilmədik. Ona görə tam məlumat olandan sonra həmin tarixləri açıqlayacağıq”.

 





14.01.2021    çap et  çap et