525.Az

“Barselona” 23 ildən sonra penaltilər seriyasında iştirak edib


 

“Barselona” 23 ildən sonra penaltilər seriyasında iştirak edib<b style="color:red"></b>

İspaniyanın “Barselona” klubu 23 ildən sonra penaltilər seriyasında iştirak edib.

525.az-ın Apasport.az-a istinadən məlumatına görə, bu, Superkubokun yarımfinalına təsadüf edib.

“Real Sosyedad” qarşılaşma 1:1 hesabı ilə başa çatdığından qalib “lotereya”da müəyyənləşib. "Barselona"nın eyniadlı təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.

Kataloniyalılar sonuncu dəfə penalti seriyasında 1998-ci ilin aprelində qüvvəsini sınayıb. Ölkə kubokunun finalında “Malyorka” üzərində qələbə əldə olunub – 1:1, pen.5:4. Maraqlıdır ki, “Real Sosyedad”la görüşdə həlledici penaltinin müəllifi olan 21 yaşlı Rikard Puç həmin vaxt dünyaya gəlməmişdi.

 





14.01.2021    çap et  çap et