525.Az

“Çağdaş Azərbaycan romanı: problemlər, mülahizələr”- Üçüncü hissə


 

Layihənin ideya müəllifi və aparıcısı: Əsəd Cahangir

“Çağdaş Azərbaycan romanı: problemlər, mülahizələr”- <b style="color:red">Üçüncü hissə</b>

Müzakirənin ikinci hissəsini BURDAN oxuya bilərsiniz

Əsəd
Cahangir: Mübariz Cəfərlinin əsərlərində, məncə, əvvəlindən elə bir ciddi dil problemi olmayıb. Onun problemi bir az başqa xarakterlidirbir müəllif kimi bəzən özünü o qədər gizlədir ki, oxucu onu yaxşı başa düşmür, yəni müəlliflə oxucunun ortaq dil tapa bilmədiyi məqamlar olur. Düzdür onun son illər qələmə aldığıBərpaçı”, “Bənna”, “Bağbanromanlarından ibarət trilogiyasında müəllif ideyası təfəkkürünün önəmli dərəcədə durulduğu da, istər təsvir, istərsə dialoqların maksimum cilalandığı da qabarıq hiss olunur. Bu romanlarla Məmməd Səid Ordubadi İsa Muğannadan sonra Azərbaycan nasiri üçüncü dəfə Nizami ilə dialoqa girir, amma bu dəfə tamamilə fərqli rakursda. Bütün bu təqdirəlayiq cəhətlərilə yanaşı, Mübariz oxucu ilə intellektual oyun oynamaq, rebus qurmaq, fəlsəfəçilikdən son romanlarında da axıracan əl çəkmir. Orxan Pamukun da romanlarında simvolik dil elementlərindən geninə-boluna istifadə olunur: məkandan, qəhrəmanların adından tutmuş onların geyiminə, hətta gözlərinin rənginə qədər. Amma mən onun əksər işarələrini deşifrə edə bilirəm bu, nəhayətsiz mənəvi həzz mənbəyinə çevrilir. Odur ki, bu sözlərlə nasirin simvolik kodlar, rəmzi işarələr sistemi ilə danışmasının əleyhinə çıxmıram. Söhbət bu işarə-kodları açmaq üçün oxucuya qədər imkan yaratmaq, məsələni quş dili həddinə aparıb çıxarmamaqdan gedir. Ədəbi-bədii dil mövzusundan kənara çıxsam da, bir məsələni qeyd etmək istəyirəm: məncə, MübarizRəqqaspovestində istifadə etdiyi ona şəksiz uğur gətirən realist-psixoloji nəsr üslubunu dərinləşdirmək yoluyla getsəydi, bəlkə , daha çox uğur qazana bilərdi. 

Elçin Hüseynbəylinin dilinə gəlincə, son romanlarında sürətli oxuya nail olmaq üçün sintaktik cilaya ifrat aludəçiliyi duyulur. Mən, əlbəttə ki,  Kamal Abdullanın romanlarında olduğu kimi bədii sintaksisi eksperimental səviyyədə qəlizləşdirmək, bununla oxu prosesini bilərəkdən ləngitməyin tərəfdarı deyiləm. Amma sintaksisin aşırı səlisliyini ən optimal yol saymıram. Çünki ifrat axıcı sintaksis belletrist nəsr assosiasiyası doğura bilər. Salam Qədirzadə, Ələviyyə Babayeva, Cəmil Əlibəyov, Cəlal Bərgüşad, Əlfi Qasımov, Xalidə Hasilova, Əzizə Əhmədova, Əfqan da axıcı sintaksislə yazırdılar, amma uzaqbaşıSevdasız aylar”, “Adamlar talelər”, “Mənim analı dünyam”, “Sıyrılmış qılınc”, “Adilənin taleyi”, Çətin yollar boyunca“, “Mavi gözlərin işığı”, “Ülkər Aytəkinə imza atırdılar. Gənc nasir Cavid Zeynallının bu günlərdə kitab şəklində işıq üzü görənLeylaromanının da dilinin səlisliyinə söz ola bilməz. Amma olsun, səlis dil, yeniyetmə təfəkkürünə hesablanmış macəra süjeti romanın məzmun dayazlığını ört-basdır edə bilmir.   

İntiqam Qasımzadə: Burda bir məsələni incələməyə ehtiyac görürəm. Çexovun hekayələri, İlyas Əfəndiyevin roman povestləri, yaxud Ənvər Məmədxanlının hekayələrini birnəfəsə oxuyursan. Amma kim deyə bilər ki, onlar belletristdir? Yaxud Dostoyevski, Folkner, Sabir Əhmədlinin sintaksisi xüsusi səliqəsi ilə seçilmir. Halbuki onlar dünya milli nəsrin aparıcı simalarıdır. Yəni demək istəyirəm ki, dilin axıcılığı həmişə onun bellterizminə dəlalət etmədiyi kimi, qəlizliyini onun birmənalı nöqsanı kimi qələmə vermək olmaz.

Əsəd Cahangir: Amma mənim dediyim, sintaksisin sadəlik, yaxud mürəkkəbliyi yox, bir-birinə zidd bu xüsusiyyətlərin təbiiliyi, yoxsa süni surətdə yaradılmasıdır. Hələ antik yunanlar bilirdilər ki, gözəlliyin etalonu həddi gözləməkdir. Sadəliyin , mürəkkəbliyin öz həddi var. Yazı prosesində mətnə çox şeylər gələ bilər,  amma yazıçının bir işi nəyi pozmağı bacarmaqdır. Kamal Abdullanın romanlarının dil özəlliyi, şübhəsiz ki, bədii nəsrə filologiyadan gəlməsi ilə bağlıdır. Maraqlıdır ki, onunGizli Dədə-Qorqudmonoqrafiyasını bəzən roman, “Unutmağa kimsə yoxromanını bəzən monoqrafiya kimi oxuyursan.

Vaqif Yusifli: Dil ədəbiyyatın özü deyil, uzaqbaşı sözüdür həm , məncə, dil məsələlərindən yetərincə danışdıq. Bəlkə başqa məsələlərə, məsələn, son iyirmi ildə bədii nəsrdə meydana çıxan mövzu-problematika metodologiya yeniləşmələri mövzusuna keçək?

Əsəd Cahangir: Vaqif müəllim, roman tarixi nəzəriyyəsi ilə söhbətimizə sizin çıxışınızla başladıq. Gəlin, ənənəni pozmayaq, təklif etdiyiniz mövzulara da sizdən başlayaq.

Vaqif Yusbfli: Ötən əsrin 20-50-ci illərində yaranan romanlarımızda əsas qəhrəman ya istehsalatçı, ya da inqilabçı idi. Altmışıncı illərdə sosial-siyasi tematikadan mənəvi-əxlaqi axtarışlar mövzusuna keçid baş verdi. Böyük inqilabçılar əmək qəhrəmanlarını ədəbiyyatda adi adamlar əvəz elədi. Məsələn, Anar teatrın asılqanında işləyən sadə bir qadını, Sabir Əhmədli əsgərlikdən qayıtmış adi bir gənci, İsi Məlikzadə  kövrək duyğularla yaşayan, həyatda hələ özünə istinad nöqtəsi tapmayan kənd cavanlarını, Elçin isə başı aerodram kepqalı, şumaqədər yonan Abşeron gəncini öz əsərlərinə qəhrəman seçdi. Bu, ədəbiyyatın kütlədən fərdin daxili dünyasına enməsinin göstəricisi idi. Məzmun-ideya dəyişkənliyinə uyğun olaraq metodoloji yeniləşmə prosesi getdisosrealizmi psixoloji-realist, yaxud modernist yaradıcılıq üslubları əvəz etdi.

İnsana dönüş həm milli təfəkkürə dönüşə paralel gedirdi. Bu, 60- illərdən sonra yaranan tarixi romançılığın əsasında durdu. İsmayıl ŞıxlınınDəli Kür”, Əzizə CəfərzadəninAləmdə səsim var mənim”, İsa HüseynovunMəhşər”, İlyas ƏfəndiyevinGeriyə baxma, qoca”, Fərman KərimzadəninQarlı aşırım”, ElçininMahmud Məryəm”, Çingiz HüseynovunFətəli fəthikimi tarixi romanları bu dalğada yarandı.  Ümumən götürəndə, 60- illərdən sonrakı romançılıqda iki əsas meyl var idiinsaniləşmə milliləşmə. 90- illərdə nəsrə gələn gənclərdə isə insaniləşməni həm bir antihumanizm, milliləşməni həm qlobalizm müşayiət etməyə başladı. məhz bu əsasda, Əsəd, sənin haqqında silsilə yazılarla çıxış etdiyin postmodernizm meydana çıxdı.

Əsəd Cahangir: Etiraf edim ki, o yazılara görə özəl qürur duymuram, amma peşiman da deyiləm. Elə o vaxt da deyirdim ki, bu bir mərhələdir biz bunu keçməliyik. Çünki Azərbaycan da bütün dünya ilə birlikdə Günəşin ətrafına fırlanır əgər planetar düşüncə orbitinə düşməsən, sonra feodalizmdən sosializmə sıçramaq zorunda qalırsan. Amma gənclərin postmodernizmindəki xaotikliyin obyektiv səbəbləri var. Birincisi,  postmodernizm öz daxili təbiətinə görə qaydasız döyüşü xatırladır. Bu, məsələnin bütün dünya üçün ümumi olan fəlsəfi-estetik səbəbidir. İkincisi, Rusiyada olduğu kimi bizdə postmodernizmə bir sinizm xasdır. Çünki onillər boyu əsarətdə saxlanan insana verilən qəfil sərbəstlik azadlığın anarxiya kimi dərkinə gətirir. Bu, məsələnin tarixi-siyasi səbəbidir. Üçüncüsü, çağdaş Azərbaycan yazarı özünün intellekti ilə əksərən seçilmir. Bu, onun postmodernizmi parodiya kimi qavramasına səbəb olur, yəni o anlayışın zahirini görür. Bu da məsələnin milli-intellektual səbəbidir. əgər söhbət bu sonuncu amildən gedirsə, sizinlə razıyam. Yəni Azərbaycan yazıçısının, xüsusən gənclərin əksərən intellektual təfəkkürü yoxdur. Roman, xüsusən çağdaş roman isə sadəcə stixiya yox, həm dərin geniş təfəkkür tələb edir, sadəcə, savad yox, bu savadı emal edən, xammaldan məhsula çevirən təfəkkür.

Pərvin: Əgər Azərbaycan yazarı, xüsusən gənclərin intellekt problemi varsa, niyə bəs sözlərini Eko ilə başlayıb Fuko ilə qurtarırlar?

Əsəd Cahangir: Bizim gənclərin əksərinin intellektual səviyyəsi vikipediya həddindədir. Ekonun, Fukonun adını da vikipediya həddində çəkirlər. Mən intellekt deyəndə məlumatfüruş savad, erudit informasiya yox, elə intellektin özünü nəzərdə tuturam. Romanın postmodern tipi destruktiv idrak, inkar üstündə qurulur. Amma nəyisə inkar etmək üçün əvvəlcə onu nəinki yaxşı-yaxşı öyrənməli, hətta MisimanınQızıl məbədromanının qəhrəmanı kimi, vaxtsa ona valeh olmalısan. Xatırladım ki, Misimanın qəhrəmanı bir vaxtlar dəlicəsinə sevdiyi məbədi sonda yandırır. Postmodern düşüncə tanıdığın sevdiyin bir şeyin inkarıdır. Məsələn, postmodernizmin patriarxı Eko ömrü boyu tədqiq etdiyi qədim monastır əlyazmalarınaQızılgülün adının finalında yandırılmaq hökmü verir. Kamal AbdullaDədə Qorquddastanı üzərində otuz illik tədqiqatlardan sonraYarımçıq əlyazmaromanını yazdı müqəddəslik haləsini Dədə Qorqudun başından çıxardı.  İlqar FəhmininÇənlibel tülküsüsilsilə romanlarında Koroğlunun dəlilik fəlsəfəsi, romantik igidlik mərdlik idealları, bir sözlə çənlibelizm ironiya hədəfinə çevrilir. Amma bütün bu ironiyanın alt qatında müəllifin orta əsrlər tarixi, divan ədəbiyyatı, sufi düşüncəsi, ümumən şərq zehniyyətinə razılıq doğuran bələdliyi qabarıq hiss olunur. Tənqid hədəfinə məhz bu bələdlik sevgi sözügedən müəlliflərin ironiyasına ikibaşlılıq səciyyəsi verir, onları bayağı naşı inkardan xilas edir. Yəni onlar dediklərini bilirlər, amma deyirlər, bu artıq başqa söhbətin mövzusudur.

Vaqif Yusifli: Naşılıqdan söz düşmüşkən, bəzi gənclərin roman poetexnologiyasına nabələdliyi heyrət doğurur. Müstəqillik qazandıq, amma ilk illərdə hərc-mərclik, harmoniyanın pozulması halları oldu. Bu təzə bir şey deyildi, inqilab illərində , 60- illərdə belə olmuşdu. Tarixi təbəddülatların ədəbiyyata böyük təsiri danılmazdır. Amma Pərvin xanımın bir az öncə xüsusi vurğuladığı tarixi şərait çağdaş roman probleminin ancaq ən ümumi səbəbidir, yeganə səbəbi deyil. Çünki istedad həmişə zamandan üstündür.

2000-ci ildən bu günə qədər Azərbaycanda təxminən yüz əlli roman yazılıb. Bu illər ərzində iki-üç roman tipi ilə qarşılaşırıq. Məsələn, Sabir ƏhmədlininAxirət sevdası”, “Kef”, “Ömür urası”, “Yaşasın azadlıqromanları eyni ilə 70-80-ci illərdə yazdığı romanların davamıdır. Yeni romançılar da meydana çıxdı: Mübariz Cəfərli artıq üç sanballı romanın müəllifidir, eləcə , Aslan Quliyev, Kamal Abdulla, Hüseynbala Mirələmov, Elçin Hüseynbəyli, Kamil Əfsəroğlu, Əlabbas, Eyvaz Zeynalov, İlqar Fəhmi, Yunus Oğuz... Əvvəllər klassik bir qanun vardı: yazıçı əvvəlcə hekayə yazırdı, sonra povest, sonra roman. Roman sahəsindəki uğursuzluğun ən ümumi səbəblərindən biri bu qanunun aradan qalxmasıdır.

İntiqam Qasımzadə: Bu, sadəcə, yuxarıdan verilən bir qanun yox, həm yaradıcılığın daxili təbiətindən doğan bir qanunauyğunluqdur. Çünki hekayə, yaxud povest roman tarlasının ilkin toxumlarıdır.

Vaqif Yusifli: Bu günkü cavanların iri həcmli nəsr vərdişlərinə yiyələnmədən romana keçmək cəhdləri bir meylə çevrilib. Yəni dediyiniz o toxumları səpmədən məhsul götürmək istəyirlər. Əli ƏkbərinAmneziya”,  Seymur BaycanınAna ürəyi”, Sevinc PərvanəninŞəhər”, QaraqaplanınXilasroman”, Nərminin, mənəm”, PərvizinYad dildə”, Cəlil Cavanşirinİtirilmiş əlyazma”, Qan TuralınınMustafa”, AqşininGöləqarğısancanı sair. Adı keçən mətnlər romandan daha çox, romana parodiyanı xatırladır. Bu müəlliflərin uğursuzluğunun bir səbəbi odur ki, əksəriyyəti şairdir şeirdən birbaşa romana keçmək istəyirlər.

Əsəd Cahangir: Yadınızdadırsa, sovet vaxtı bu qəbil təzahürləri maklatura adlandırırdılar. Amma o vaxtkı maklaturanın özüylə müqayisədə belə bu müəlliflərin yazıları çox naşı görünür. Həvəskarlıq bu günkü roman cəhdlərinin ən ciddi problemidir. İsa Muğanna vaxtilə Əkrəm Əylislinin povestlərini bəyənmir, povestuşka adlandırırdı. Bəs, görəsən, indikilərin yazılarını oxusa, deyərdi? Özü qəribəsi o deyil ki, kimlərsə bu səviyyədə yazıları roman adıyla dərc etdirir, odur ki, bəziləri bunları ədəbiyyat adına qəbul edir. kimlərsə hətta bunların yayılmasında maraqlıdırçünki belə şeylərin fonunda özlərinin ortababat əsərləri şedevr kimi görünür. Amma şeirdən nəsrə keçmək məsələsində mən sizdən fərqli düşünürəm. Dünya ədəbiyyatında şeirdən nəsrə yaxud əksinə, nəsrdən şeirə uğurla keçən, yaxud bunları paralel aparan onlarla imza var: Höte, Valter Skott, Hüqo, Rembo, Puşkin, Lermontov, Oskar Uayld, Bernard Şou, Pasternak. Bu gün ingilis nəsrinin ən ünlü imzası sayılan, ingilis nəsrini əyalət çərçivələrindən dünya meridianlarına çıxaran Piter Akroyd yaradıcılığa ədəbi tənqidə başlayıb. Tutaq ki, mən ədəbi fəaliyyətə tənqidçi kimi başlamışam, bu bəyəm o deməkdir ki, şeir, poema, yaxud roman yaza bilmərəm?

Vaqif Yusifli: Belə imzalar milli ədəbiyyatda da olub. Nizaminin dastanlarının özü mahiyyətcə nəzmlə yazılan romandır. Mirzə Fətəli Axundov, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Cəfər Cabbarlı həm şeir, həm nəsr yaradıcılığı ilə məşğul olublar. Müasirlərimiz Seyran Səxavət, Vaqif Nəsib istedadlı şair olduqları qədər , maraqlı nəsr yazarlarıdır. Məşhur şair Əli KəriminPillələri Azərbaycan nəsrində psixolji üslubda yazılmış ilk romanlardan biri kimi vaxtilə maraqla qarşılanmışdı. Amma ümumi prinsip bir şey, onun konkret tətbiqi isə başqa şeydir. Yəni mən ümumən dünya ədəbiyyatı, yaxud milli ədəbiyyat tarixi yox, konkret olaraq şeirdən nəsrə keçən çağdaş gənc yazarlardan danışıram. Bundan əlavə, bu romanlarda həyat başdan-başa qaranlıq içində verilir, çox eybəcər motivlərə söykənilir. Pessimist ovqat, nifrət emosiyası, antimilli ruh, idealsızlıq onların əsas fərqləndirici məzmun xüsusiyyətidir. Bu isə onu göstərir ki, o romanlar nəinki forma baxımından primitiv, həm məzmun baxımından zərərlidir, yəni ən yaxşı halda uğursuz klaviatura məşqidir.

Əsəd Cahangir: Cavan-qoca qarşıdurması yaratmaq istəmirəm, çünki istedadın cavanı-qocası olmur, amma bəzi yaşlıların romanları eyni xüsusiyyətləri daha qabarıq əks etdirir. Maraqlıdır ki, yaşlı yazarların böyük bir qismi sovet dövründən müstəqillik dönəminə, iyirminci əsrdən iyirmi birinci əsrə keçə bilmədilər. Onların bəzilərinin hər yeni roman cəhdi isə ədəbiyyatdan növbəti uzaqlaşmalarının göstəricisi oldu. Məsələn, məncə, Əkrəm ƏylisliƏtirşah Masanla özünün bir yazıçı, “Daş yuxularla isə həm bir vətəndaş Allah bəndəsi kimi iflasını ortaya qoydu.

İntiqam Qasımzadə:  Bu gün yaranan uğurlu nəsr nümunələri bir yana, hətta Əkrəmin özünün bir vaxtlar yazdıqlarının fonunda beləDaş yuxular  heç nədir.

Pərvin: MənDaş yuxularıdüşüncə azadlığının imitasiyası sayıram. Baxın, mən hamıdan fərqli düşünürəm, başqayam, seçilirəm, hamı pislədiyini bəyənir, dəyər hesab olunanı söyürəm.

Elçin Hüseynbəyli: Pərvin xanım, əgər sadəcə belə olsaydı, dərd yarı olardı.  Bu romanın yaranmasının əsas səbəbi onun müəllifinin merkantil maraqları, əsassız ambisiyaları, karyerist iddialarının həyata keçməməsindən doğan qəzəbdir. “Daş yuxuların tarixi təhrif etməsi bir yana, o, heç bir bədii-estetik parametrinə görə ədəbiyyat sayıla bilməz. Çünki burda heç motivləşməyib, çox birtərəfli yazılıb. İctimai qınaq onu öz yerində layiqincə oturtdu məncə, bizimDaş yuxularıhətta tənqid etməyimiz belə onun müəllifi üçün layiq olduğundan artıq şərəfdir.

Əsəd Cahangir: Elçin, “Daş yuxular  mənim sevmədiyim mövzudur, bununla yanaşı, münasibətimizdən asılı olmayaraq, müzakirəmiz müstəqillik dövrü Azərbaycan romanının güzgüsünə çevrilməli, yaxşı da, yaman da bu güzgüyə düşməlidir. Amma səninlə razıyam ki, neqativlərin tənqidinə həsr etdiyimiz enerjini pozitivlərin təbliğinə yönəltsək, daha faydalı olardı. 

Vaqif Yusifli: Sözünə qüvvət, götürək Kamil Əfsəroğlunun son illər nəsrimizin uğurlu nümunələrindən biri olan, Qarabağ mövzusunu real, canlı həyat faktları əsasında əks etdirənİt qanıromanını. “Daş yuxularkimi bu roman da rus dilində, Rusiyada dərc olunub. Amma Əkrəmdən fərqli olaraq müəllif Qarabağ probleminə ermənipərəst rakursdan yox, milli-tarixi həqiqət ümumbəşəri humanizm mövqeyindən yanaşır. Müharibə ümumən insanı insanlıqdan çıxarır. “İt qanından doğan son qənaət budur. Bəs, niyə biz ancaq pisdən danışıb yaxşı haqqında susuruq? Eləcə , Hüseynbala  MirələmovunDağlarda atılan güllə”, “Xəcalət”, Aqil  AbbasınDolu”, “Allahı qatil edənlərromanları, Elçin HüseynbəylininƏsirlərpovesti. Amma bunu da demək lazımdır ki, Qarabağ mövzusuna həsr olunan bəzi romanlarda ümummilli dərd, ağrı plakatçılığa çevirib. hələ spesifik müharibə psixologiyasını, çağdaş Azərbaycan gerçəkliyini əks etdirən monumental əsər ortada yoxdu.

Əsəd Cahangir:  Sizcə, bunun səbəbi nədir?

Elçin Hüseynbəyli: Məncə, səbəblər çoxdur: döyüşçü psixologiyasını vermək bir az çətindi. İkincisi, biz məğlub durumdayıq. Buna görə yazaq? Qarabağı alanda yaxşı əsər yazılacaq. Hələlik isə, optimal variant kimi vətənsizlik, qaçqınlıq, müharibənin insanın həyatına vurduğu zərbələri yazmaq qalır.

Vaqif Yusifli: Elçinlə razılaşmaq olar. Dünya tarixi ədəbiyyatı praktikası da bunu təsdiq edir. Antik bir misal çəkəcəm, məsələn, qədim yunan dramaturgiyası yunanların farslar üzərində qələbəsindən doğmuşdu. “Hərb sülhrus ədəbiyyatının ən monumental əsəridir o, rusların fransızlar üzərindəki qələbəsindən doğmuşdu.

Əsəd Cahangir: Amma qələbədən doğulan əsərlərlə yanaşı, qələbəni doğan əsərlər var. Nərimanov vaxtilə deyirdi ki, Sabir öz şeirləri ilə İran inqilabına bir ordudan artıq xidmət edib. Yaxud, Remark, Feyxtvanger, Tomas Mann, Zegers, Sartr, Kamyü, Heminquey digər çoxsaylı antifaşist yazıçıların əsərləri. Faşistlər tərəfindən qədər yazıçı öldürüldü, sağ qalanlar amansız təqiblərdən bütün dünyaya səpələndilər, amma öz qələmləri ilə dişindən dırnağına qədər silahlanmış faşizmlə axıracan vuruşdular qalib gəldilər. Bəyəm, yazıçı durub gözləməlidir ki, qalib gələk, sonra yazaram. Üstəlik bizim yazarları o təqiblər, ölüm təhlükəsi gözləyir. Sadəcə, ruh ölübdür. Bilirəm, ağır ittihamdır, amma bunu da deyəcəmyazıçı vətəni özününkü saymır. Ədəbiyyatda bir laqeydlik sindromu var. Tanınmış bir şair yazır ki, mən Qarabağı artıq unutmuşam. Qarabağ boyda dərdi olan gənc bir yazar isə gündəmə gəlmək üçün bayağı bir müğənninin əlindən öpməyə hazırlaşır.

Seyran Səxavət:  Məncə, yazıçının öz işi var, o qələbə, məğlubiyyətə baxır. Məsələn, məğlub fransızların yazıçısı Hüqo Vaterloo döyüşünü bütün möhtəşəmliyi ilə əks etdirənSəfilləriyazmışdı. Yaxud, “Hacı Muradın müəllifi kimi Tolstoy qalib xalqın təmsilçisi idi, amma bu qələbəni təqdir etmirdi.

Pərvin: HüqoSəfilləri  Vaterloo döyüşündən yarım əsr sonra yazmışdı. Çünki nəsr şeirdən fərqli olaraq hadisələrin təfərrüatlı dərkini, bu isə böyük zaman tələb edir. Məsələn, İkinci Dünya müharibəsindən bəhs edən ən yaxşı romanları o dövrün aparıcı yazarları olan Əbülhəsən, Hüseyn Abbaszadə, Süleyman Vəliyev  yox, o dövrdə öz uşaqlıqlarını yaşayan İsa Hüseynov, Sabir Əhmədli, Elçin digərləri yazdılar. Qarabağ mövzusunu yazacaq yazıçı, bəlkə indi orta məktəbdə oxuyur.

İntiqam Qasımzadə: Mən Pərvinin bu fikriylə razıyam ki, hisslə bağlı, ani qığılcım kimi yaranan şeirdən fərqli olaraq nəsr hadisələri tam əhatə etmək üçün daha böyük vaxt tələb edir. Hadisələr uzaqdan daha yaxşı dərk olunur.  Amma 1988-ci ildən götürsək, Qarabağ hadisələrinin üstündən artıq bütöv bir qərinə keçib. O illərin uşaqlarının artıq otuzdan çox yaşı var. Bəs onda müharibə mövzulu romanlar hanı? Bir neçə il öncə akademik Ramiz Mehdiyev yazanda ki, son zamanlar rezonans doğuran roman yaranmayıb, bu sözdən inciyənlərdən biri mən olmuşdum. Müstəqillik dövrü ədəbiyyatına panoram şəklində baxanda isə görürsən ki, bu fikirdə həqiqət var. Doğrudan da, 90- ildən bu günə qədər Azərbaycanda möhtəşəm bir roman yaranmayıb. Söhbət, əlbəttə, ilk öncə Qarabağ mövzusundan bəhs edən romanlardan gedir.

Əsəd Cahangir: Seyran müəllim həm bir qarabağlı, həm bir romançı kimi bu iradlara deyərdiniz?

Seyran Səxavət: Mən bütün ərkim keçən dostlarıma Qarabağ haqqında əsər yazmağı qadağan edərdim. Şəxsən, mən elə bir əsər yazaram ki, qəhrəmanım Hollivud filmlərindəki kimi əldə silah İrəvana qədər qıra-qıra gedər. Amma bu, xalqın başının altına yastıq qoymaq kimi bir şey olardı. Digər tərəfdən isə, Qarabağ haqqında roman yazsan, gərək açasan sandığı, tökəsən pambığı. Nəhayət, Qarabağ haqqında ən yaxşı əsəri, məncə,  müdafiə nazirimiz yazmalıdır!

Əsəd Cahangir: Amma qılınc  qələmlə birləşəndə güclü olur. Azərbaycanın ilk romançısı Nizaminin diliylə desək, “o zamandan ki, qələm yazı yazdı, dürr saçdı, bu dünyanın gözünü ilk dəfə sözlə açdı.” İnsan da bir dünyadır əgər söz dünyanın gözünü açıbsa, demək, insanın da gözünü açmağa qadirdir. Mənə elə gəlir ki, müzakirəmizi yekunlaşdırmağın vaxtı gəlib çatdı. Əlbəttə, bir müzakirə ilə çağdaş roman problemini çözdüyümüzü düşünsək, sadəlövhlük etmiş olarıq. Amma hər halda müxtəlif romançıların ünvanına burda kifayət qədər əsaslı iradlar da, obyektiv təhlillər , səmimi təriflər səsləndi, müstəqillik dövrü Azərbaycan romanının ən azı konturlarını cızıldı. Olsun ki, kimlərsə sözlərimizdən razı, kimlərsə narazı qalacaq.  Lakin məncə, bir məsələ obyektiv oxucunun nəzərindən qaçmayacaq  bütün burda deyilənlər ədəbiyyat naminə deyildi. 

 





24.02.2014    çap et  çap et