525.Az

Daha bir şəhid dəfn edildi


 

Daha bir şəhid dəfn edildi <b style="color:red"></b>

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Afiq Həsənov Qusarda dəfn edilib.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun müddətdə artıq xidmət edən hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü Həsənov Afiq Namiq oğlunun nəşi Qusar rayonuna aparılıb. Şəhid doğulduğu Böyük Muruq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, A.Həsənov cəbhənin Murov istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

Şəhid A.Həsənov Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

 





14.01.2021    çap et  çap et