525.Az

Nazir: “Abidələrin bərpası işlərinə Şuşa şəhərindən başlanılacaq"


 

Nazir: “Abidələrin bərpası işlərinə Şuşa şəhərindən başlanılacaq"<b style="color:red"></b>

“Azad olunmuş ərazilərdə inventarlaşma işləri hələ də davam edir".

APA-nın məlumatına görə bunu ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, hazırda 6 rayon üzrə məlumatlar əldə edilib: "Bu günə olan məlumata əsasən, 399 mədəniyyət müəssisəsi həmin ərazilərdə aşkar edilib. Eyni zamanda 372 tarixi mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir".

Nazir hazırda əldə edilən məlumatların sistemləşdirildiyini vurğulayıb: "Hazırda nazirlikdə yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur. Abidələrin bərpasına gəldikdə, artıq təsnifatlandırma aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa işləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan da təmizləndi, orada mina yoxdur, digər tərəfdən Şuşa mədəniyyətin paytaxtı elan edilib. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin dediyim kimi, həmin rayonlarda ilk növbədə minalardan tam təmizlənmə aparılmalıdır".

 





14.01.2021    çap et  çap et