Macarıstan hökuməti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi üçün 25 min avro qrant ayırıb.
525.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev “Facebook”da bildirib.
“Böyük məbləğ deyil, amma dostluq münasibətlərinin ifadəsi baxımından çox dəyərlidir”, - deyə səfir qeyd edib.