525.Az

Lavrovun böyük mətbuat konfransının vaxtı məlum oldu


 

Lavrovun böyük mətbuat konfransının vaxtı məlum oldu<b style="color:red"></b>

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun böyük mətbuat konfransının vaxtı məlum olub.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, mətbuat konfransı yanvarın 18-i yerli vaxtla saat 11:00-da keçiriləcək.

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq Rusiya XİN başçısı ilk dəfə KİV nümayəndələrinin suallarını onlayn formatda cavablandıracaq.

Artıq jurnalistlər distant qaydada S. Lavrova suallarını ünvanlamaq üçün akkreditasiyadan keçə bilərlər.

 





14.01.2021    çap et  çap et