525.Az

Paşa Qəlbinurun esselər çələngi


 

Paşa Qəlbinurun esselər çələngi<b style="color:red"></b>

Hörmətli akademikimiz Ağamusa Axundovun redaktəsi ilə 1997-ci ildə nəşr edilmişAzərbaycan dilinin izahlı lüğətikitabındaEssesözünün mənası aşağıdakı kimi izah olunur:

Esse fransız sözüdür, ədəbi, fəlsəfi, ictimai problemləri sistematik  şəkildə deyil, sərbəst şəkildə şərh edən kiçik nəşr əsəri deməkdir” .

Tibb elminin çox görkəmli xadimlərindən olan məşhur göz həkimi Dilimə söz qonub-bal arısıymışkimi heyrətamiz, təravətli poetik fikir söyləmiş, cilvəli duyğularla milli poeziyamıza töhfələr bəxş etmiş Azərbaycan şairi, dostumuz Paşa Qəlbinurunİdrak ətrikitabını (“Şərq-Qərbnəşriyyatı, Bakı –2013- il) həvəs həyəcanla  oxudum belə  qənaətə gəldim ki, Paşa bəy son illər çox da intişar tapmayan esse kimi zərif bir ədəbi janrı seçməyində tam haqlıdır .

Kitabın ön sözündən əvvəlki səhifədə isə üç ulduz işarəsinin altında qaynar ürək yanğısı ilə yazılmış aşağıdakı sözlər bizləri kövrəldir, xəyallarımızı uzaq-uzaq aylara, illərə çəkib aparır:

Tanıdığım filosofların ən böyüyü, ən istedadlısı, bütün qəhrəmanların ən fədaisi, Müəllimim, Anam Yıldız xanıma!”

Ta bu sözlərdən o yana deyə bilərik ki, ta deyiləsi bir ətirli söz qaldımı...

Bax, elə bu yerdə anası haqqında mətbuatda məlumat yaymış bir nəfər ədəbiyyat adamının yazdıqlarına  münasibət bildirməsəm, vallahi-billahi mümkünsüzdür.

Həmin bir nəfər yazır ki, mənim atam anamın ikinci əri idi, atam öləndən sonra anam üçüncü dəfə ərə getdi...

İyirmi iki yaşında ərini  Hitler davasına yola salıb, dörd  uşaqla bir damın altında qalan cəngavər Zəhra anam yadıma düşdü bu sözləri yazarkən...

isə...Siz Allah məni bağışlayın, deyəsən çox uzaqlara gedib çıxdım...

...Xocalı müsibəti günlərində Ağdamdaydım, yəni 1992-ci ilin 1 martında-cəhənnəmə dönmüş bir gündə.

Ağdamın küçələri qana bələnmişdi, həlak olmuşlarla dolu yük maşınlarının banından küçələrə səpilib cığıra dönmüş insan qanı bir qırmızı ilana dönüb üstümüzə şığıyırdı...

Yazıq Vətənimin ürəyində “20 Yanvaryarası hələ köz bağlamadan, hələ heyrətdən donumuz açılmadan, hələ qara bir yuxudaykən...

Kitabdakı birinci essenin adıCahad!”dır. Paşa  Qəlbinur Xocalı dəhşətinin mənzərəsini rəssama dönüb çəkir, insan oğlundan əli üzülmüş, nicatı qırılmış şairimiz qollarını qılınc kimi göylərə doğru qaldırıb uca  Allaha yalvarır:

Ey gözəgörünməz, darda qalanların arxası, köməksizlərin pənahı, bir zərrəlik hüceyrəyə dünyanı sığışdıran kamil sənətkar, müqəddəs ruh, sən mənə kömək ol!”-deyir...

O ikicə səhifəni oxuyub dəli olmaq, havalanıb çöllərə düşmək olar, dərddaşım Paşa!...

Başqa bir müəmmalı  məsələ hələ mənə rahatlıq vermir, qaramaskalıların Səddam Hüseynin boğazına  keçirdiyi o yoğun  kəndir kimi başımın üstündən sallanır, az qalır məni boğsun bu müəmma...

Xocalı müsibətinin statistikası (qətlə  yetirilənlər, itgin düşənlər, əsir götürülənlər, yaralananlar s.)  artıq bütün dünyaya yayılıb.

Bəs onda, dövlətin rəsmi informasiya agentliyi olan həmin  dövrdəAzərinformadlanan agentlik nəyə görə (kimə görə?) 1 mart 1992-ci ildə bütün dünyaya bəyan etdi ki, 25 fevraldan 26 fevrala keçən gecə Xocalıda 2 nəfər həlak olub... “Mövqe döyüşləri gedir”. (?!)

Bəs bu vicdansızlığın (satqınlığın), cavabını kim verəcək, bu xaincəsinə, Ermənistan ordusunun xeyrinə  verilmiş bəyanatın müəllifi  kimdir? (belə tapşırıq hardan gəlib, kimdən gəlib?) O vaxtkı maymaq millətimin taleyinə biganə ölkə başçıları bu suala niyə cavab vermirlər ?...

Əgər mən kitabdakı hər bir essenin ayrı-ayrılıqda məzmunu, qayəsi, məqsəd məramı  haqqına söhbət açsam, irihəcmli bir yazı əmələ gələr. Bununla belə, məharətlə yazılmış esselərdə elə maraqlı məqamlar var ki, onlardan danişmamaq mümkün deyil.

Məni düşündürən, həyəcanlandıranİbrahim Topçubaşov olduğu kimiadlı esseni bir müddət əvvələr “525-ci qəzet oxumuşdum, Paşa bəyə zəng edib fikrimi bildirmişdim. Hər şeydən qabaq qeyd edim ki, fitri istedada, Allah vergisinə malik şəxsiyyətlərin həyat tərzindəki qeyri-adiliklər məni qəti təəccübləndirməz. Mənim standart adamlardan, layihələnmiş həyat tərzindən zəndeyi-zəhləm gedir. Eşq olsun o kəsə ki, bizim mənəvi-ruhi-dəyərlərimizə ləkə salmadan,”bu olar, bu olmazdüsturunun üstündən bir qırmızı xətt çəkərək ömrünü bəzəyən (uzadan!) əhvalatlardan zövq almağı bacara bilir-məşhur cərah, lirik mahnılar yaratmış İbrahim bəy Topçubaşov  kimi.

Paşa bəy professor, bəstəkar İbrahim bəyin zəngin, olduqca maraqlı şəxsiyyətinin çalarlarını bacarıqla aça bilib.

Hələ orta məktəb illərində güləşlə məşğul olan Paşanın sağ qolu zədələnəndə atası ona deyir:

Əşi, mən səni İbrahim Topçubaşov kimi görmək istəyirəm. Sən gedib süpürrəşirsən”. Hələ Tibb İnstitutunun tələbəsi olarkən İbrahim Topçubaşovu yaxından görən, onunla tanış olan, o bəxtəvər illərdə Dağüstü parkdakıDrujbarestoranının yay salonunda cavan məlahətli Flora Kərimova üçün məxsusi mahnılar qoşan yaraşıqlı vüqarlı İbrahim bəyin royalda çalması səhnəsini müəllif çox real boyalarla, həssaslıqla təsvir etməyi bacarıb:” O gecədə Həzrəti İbrahimin sevdalı ürəyi oxuyurdu o ürək Floranı oxuyurdu. Flora  da ki, Flora! O  təkrarsız səs, gözəl ürək, İbrahimin ilahi məhəbbətilə qovuşmuşdu, bir atəşdə iki pərvanə yanırdı...” 

“...O gecədə mələklər göylərdən enib, bizim aramızda bir mübarək yerdə əyləşmişdi... O gecə ayrı bir gecəydi.!! “

Paşa Qəlbinur həmin əsrarəngiz gecədən neçə illər keçəndən sonra, yəni 2012 –ci ildə bu bənzərsiz türk oğlunun ruhuna xitabən bir görün nələri deməklə İbrahim bəylə yanaşı öz şəxsiyyətini   ucaltmağı bacarıb:

Qarşımızda böyük alim, virtuoz cərrah, təkrarsız natiq, böyük ürək sahibi, qəlbinə dünyanın bütün rəngləri, sevgisi sığan müəllim, Aşiq, Bəstəkar,Vulkan dağı, nur şəlaləsi professor İbrahim bəy Topçubaşov idi..! “(Əhsən, Paşa bəy, Allah ürəyinə görə versin, bu dünyanın gözəlliklərini sənə!)

İbrahim bəyin Hatəm kimi səxavətli, şəfqətli, kövrək bir şəxsiyyət olduğundan bəhs edən müəllif yazır:

Türkiyədə oxuduğu iyirmi dörd mühazirənin qonorarını kasıblara məxsus cərrahiyyə klinikasının hesabına köçürüb”...

Paşa Qəlbinur İbrahim bəyin şəxsi həyatı, məhəbbət dünyası ilə bağlı çoxlarımızın bilmədiyi bir əhvalatı da yumoraltı incəliklə bizlərə pıçıldayır:

Deyirlər (!) ki, İbrahim dünyada olan kişilərdən fərqli sevdiyi qadınların hamısını ZAQSA aparıb, kəbin kəsdirib. Dörd dəfə evlənib. Deyirlər ki, əsl kişi belə olar! “

İbrahim bəy Topçubaşovun bir mahir cərah kimi fəaliyyətinə dair kitabda maraqlı epizodlar yetərincədir düz qırx beş il, üç ay, iyirmi doqquz gün (?!) yaşamış bu parlaq şəxsiyyətin dəfn günündən bəhs edən sətirləri oxumaq özü bir müsibətdi, ağrıdı:

Böyük-çox böyük izdiham. Qara örtüklü tabutun dalıyca müxtəlif məsafələrdə qara geyimli, qara örpəkli dörd qadın gedir... Ən kiçiyinin iyirmi doqquz, ən böyüyünün qırx beş yaşı var, ən kiçiyi Flora xanım onlardan bir az arxada addımlayırdı...”

Belə-belə işlər... Deyəsən bu tapmaca dünyanın sehirli-sirli qapılarını  çırpıb cənnətə üz tutmuş bu böyük Azərbaycan oğlu haqqında Paşa bəyin yazdıqları mənim özümü sehirləyib ki, mən nəsə yazmağa can atdım...

İctimaiyyətimiz  tərəfindən həmişə maraqla qarşılanmış (xususi ilə televiziya verilişlərində) görkəmli alim, psixiatr Ağabəy Sultanovu hamımız məhəbbətlə xatırlayırıq.

Ağabəy doktor həqiqi mənada aristokrat idi.

Əzizimiz  Paşa bəy bu unikal şəxsiyyət haqqında yazdığı  (özü necə!) “İdrak ətriadlı essedə çox mənalı az rast gəldiyimiz  fikirlərə üstünlük verib. Müəllifaristokratsözünün mənasına yeni çalarlar əlavə edərək məşhur tibb professorunun  dəruni dünyasını məharətlə  işıqlandırır: “ Aristokratcomərdliyin, ləyaqətin, elmin, azadlığın, istedadın vasitəsiz Allah-insan məhəbbətinin, nitqin, poeziya işığının, musiqinin hər adama görünməyən rənginin, eşqinin, Vətən məhəbbətinin, zövqün, min illərdən gələn bir böyük nəslin şəhdi-şirəsindən ilahinin yer əliylə süslənmiş, dəmlənmiş (!), möhürlənmiş nadir insan tipidir. ”-yazır professor Paşa Qəlbinur mənə elə gəlir ki, heç bir ensiklopediyada belə obrazlı ifadələrə, izahata rast gəlmək mümkün deyil.

Beləliklə,  Paşa bəy qüdrətli alim nadir şəxsiyyətlərdən olan Ağabəy Sultanov haqqında kədərli bir xatirə ovqatı yaratmağı bacara bilib.

Elm sənət adamlarına, ələxüsus istəkli sairimiz cənnətlik Nüsrət Kəsəmənliyə milli ədəbiyyatımızın sanballı duyğulu nümayəndəsi, ünsiyyəti sadəliyilə çoxlarından, seçilən professor Nizaməddin Şəmsizadəyə həsr edilmiş esselər təbii, kövrək, zərif könül çırpıntıları ilə yaddaqalandır:

Sən Etesdəki dünyanın yeddi möcüzəsindən biri-qədim Artemida məbədini Herostat yandıranda onu xilas etməyin mümkünsüzlüyünü görüb özünü yanan gözəlliyə atdın, yanıb kül oldun... (“Mənim tanıdığım Nizaməddinessesindən)

“...Nüsrətin gözünün içinə baxdım...O işığın içində saysız-hesabsız şirinləacının, zəhərlə-məlhəmin, təəssüflə-heyrətin, sevinclə-kədərin, borcla-ağrının qarşılıq çalarını gördüm..!” (“Şairessesindən)

KitabdakıSəddamessesi məni dəhşətə gətirdi, heyrətləndirdi, desəm inanın. Paşa bəy xalq arasındaTikrit yetimikimi tanınmış Səddam Hüseynin obrazını belə təsvir edir: “O, pislərin pisi, namərdlərin namərdidir. O, heç kimlə müqayisəyə gəlməyən əti, qanı, sümüyü, geni başqa fərqli toxumalardan yapılmış əcaibdir”.

Bağdadda olarkən, təsadüfən Səddamın dostu ( Səddamdan da alçaq yaramaz!) məşhur demaqoq Jirinovskiylə rastlaşan müəllif onunla Səddam arasında olan oxşarlıqdan söhbət salır. Yeri gəlmişkən, mənim gənclik dostum, ədəbiyyat fədaisi, şair, elmlər doktoru, professor Arif Abdullazadə (yeri cənnətlik olsun!) hələ ötən əsrin 70-ci illərində Türkiyənin Seyidi-şəhr bölgəsində tikilməkdə olan metallurgiya kombinatında tərcüməçilər qrupunun rəhbəri işləmiş, həmən bu türkün düşməni, şərəfsiz Jirinovski onun rəhbərlik etdiyi qrupun üzvü olmuşdu.

Hələ o illərdə Türkiyədən geri dönəndən sonra rəhmətlik Arif danışardı ki, tərcüməçilər dəstəsində Jirinovski familiyalı bir şovinist, nadürüst adam vardı mən onu Türkiyədən qovdurdum.

isə, Paşa bəy Səddam haqqında yazısını qəzəblə, ağrı nifrətlə bitirir:

“...Neçə illərdi Səddamın səddamların açdığı, ya əmrini verdikləri saysız-hesabsız güllərlərdən biri dönüb-dönüb ruhumda şaqqıldayır... Bu, Səddamı ataəvəzi böyüdən dayısı oğlunun (Səddamın süd qardaşının!) üzbəüz ağzına açılan güllənin səsidir...”

İndi üzümüİdrak ətri  kitabını yaratmış dostum, əzizim, şairim, göz professorum Paşa Qəlbinura tutub deyirəm:

Qiymətli Dost! yaxşı ki, sən belə bir esse çələngi hörə bilmisən.

Akademik Zərifə xanım Əliyeva, məşhur alimlər-Zəhra xanım Quliyeva, Ümnisə xanım Musabəyli haqqında böyük məhəbbətlə yazdığım esselər necə təsirlidir, maraqlıdır, Günəş işığı kimi aydındır.

Bir daha var ol!

Həyatda elə hadisələr, əhvalatlar olur ki, həmin faktlara müraciət edib nəsə yazıb-pozmaq istəsən, hökmən fikrin ifadə forması haqqında da düşünməlisən, hər fikri şeirlə, poema ilə ifadə etmək olmur, bu heç vacib deyil. Uğurlu forma tapmısan sənin esselərin yuxarıda qeyd etdiyim kimi, az qala yaddan çıxmış bu zərif ədəbi janrın intişar tapması yolunda dəyərli bir addımdı, məncə.

Sənin esselərinin mayasında şeirin , nəsrin , dramaturgiyanın da havası var. Bu,  belədir . ”İdrak ətrini hələ oxumağa imkanı olmayan dostlara da məsləhət görərdim ki, telekanallardan əl çəkib”, hövsələ toplayıb bu nəcib(!) kitabı vərəqləsinlər, biliklərini bir az da artırsınlar, dünyagörüşlərini genişləndirsinlər, zənginləşsinlər, duyğulansınlar...

Ramiz Məmmədzadə

12 fevral 2014.

Şüvəlan.

 





24.02.2014    çap et  çap et