525.Az

İdxal olunan quru maya məhsulunun istifadəyə yararsız olduğu aşkarlandı


 

İdxal olunan quru maya məhsulunun istifadəyə yararsız olduğu aşkarlandı<b style="color:red"></b>

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan 525.az-a verilən məlumata görə, fiziki şəxs İsmayılov İlham Məhəmmədoviç tərəfindən Azərbaycan Respublikasına məhsulu partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Aparılan müayinələr nəticəsində nümunələrdə mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarı normadan artıq olduğu müəyyən olunub.

Qanunvericiliyə uyğun olaraq, normativ sənədlərin tələblərinə cavab verməyən və istifadəyə yararsız, ümumi çəkisi 38 kq olan quru maya məhsulu “Təhlükəli Tullantılar” poliqonunda Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib.

 





14.01.2021    çap et  çap et