525.Az

Əli bəy Hüseynzadə-150


 

Əli bəy Hüseynzadə-<b style="color:red">150 </b>

abdin[email protected]

tofigabdin.com

Üsküdarda Qaraca

əhməd məzarlığında

bir məzarı açdılar

oğlunu  basdırdılar

bir atanın yanına

çox sevdiyi İstanbulun

illər ardındakı bir payızın

soyuqluğu toxundu

torpaq olmuş sümüklərinə

oğlunun istiliyi axdı

bu soyuq məzardakı ixtiyarın

gözlərinə, ürəyinə, əllərinə

qoynuna alırmış kimi oğlunu

yenidən doğacaqmış kimi onu

çırpındı Əlibəyin torpağı, daşı

ata yaşında oğul

oğul yaşında ata

elə sarıldılar ki

illər sonrası bu görüşdən

yağış kim  töküldü

məzar başındakı insanların göz yaşı

illər arxasından bir səs gəldi

xoş gördük oğlum

illər bərisindən cavab verdilər

xoş gördük atacığım

sümüklər sızı-sızı sızladı

Əlibəy Hüseynzadə Turan

Oğlu Səlim Turanı qoynuna aldı...          

Tofiq ABDİN,

İstanbul, aprel 1995



İstanbulda
bir məzarlıq var: Qaracaəhməd məzalığı...

Bu məzarlıq mənim uzun illər yaşadığım ( yani bu sətirləri yazanda artıq altıncı ilə keçir ki, mən İstanbuldayam elə ilk gündən burada Acıbadəmdə yaşamağa başladım.Hələ buradayam bu sətirləri yazanda) Acıbadəm bölgəsinin tam beş addımlığındadır mən burada belə bir məzarlığın olmasını sonralar biləcəyəm.Nədən belə ayrıcalıqla vurğulayıram bunu: Yalnız Səlim Turan burada dəfn edildiyinə görə demirəm, yox burayla ilk tanışlığım İstanbulda oxuyan azərbaycanlı tələbələr vasitəsiylə oldu.

Burada, bu Qaracaəhməd məzarlığında bir çox azərbaycanlı mühacirlər basdırılmışdır ki,  bu şəxsiyyətlərdən bir neçəsi Azərbaycan tarixində böyük insanlar olaraq tanınırlar.

Qaracaəhməd məzarlığı həm İstanbulda ən böyük ən tanınmış məzarlıqlardan biridir.

Türkiyənin ən böyük şairlərindən biri, türk milliyyətçiliyinin ədəbi bayrağdarı Azərbaycanda da gözəl tanınan Nihal Atsız da bu məzarlığdadır.

Milliyyətçilər Nihal Atsızın ölümünün hər il  dönümündə onun məzarını ziyarətə gəlir onlar bunu eləməkdən bezmirlər çox zaman da burada hər il eyni adamları görərsən.

Bir neçə dəfə mən getdim bu məzarlığdakı bu məzara...

Nihal Atsızdan iki-üç dəqiqəlik bir məsafədə Əli bəy Hüseynzadənin məzarıdır...

Oğlu Səlim Turan da buraya gətiriləcək bastırılmağa...

mən bu zamana qədər görmədiyim bir hadisənin şahidi olacağam.

Amma hələlik Səlim Turan Atatürk Kültür Mərkəzindədir.

...Avtobuslar sifariş edilmiş.Kifayət qədər maşın avtobus var məzarlığa gedənlər üçün.Təbii ki, buraya gedənlərin çoxu biri-birini tanıyır bəlkə ,  amma mən burada heç kimi tanımıram bu məni əslində heç maraqlandırmır da mən bu ayrılmış avtobuslardan birinə minirəm.

Anar müəllim Abbas Abdulla Hacaloğlu məzarlığa getməkdən vaz keçirlər.Yaxşı da eləyirlər. Ona görə ki, əslində bizə olan o münasibətdən sonra onların məzarlığa getməsi bir o qədər vacib deyil.

Anar müəllim o zamanlar dərs dediyi unversitetə gedir məncə Abbas Abdulla dövlətimizin ona ayırdğı maşına minib beş addımlığdakı yerinə gedir bu maşın saatlarca  o yerinin qabağında duracaq bilirəm.

Mən bu ayrılmış avtobuslardan birinə minirəm Atatürk Kültür Mərkəzindən  çox uzaqda olan, İstanbulun Asya hissəsindəki Qaracaəhməd məzarlığına gedirik...

Məzarlığa çatırıq...

Yenə təbii ki, çıxışlar olur.Amma bu dəfə çox uzun sürmür bu çıxışlar bir-iki adam danışandan sonra bir qəbiri açırlar Səlim Turanı bu qəbrə qoyurlar.

Bu qəbir Əli bəy Hüseynzadənin məzarıdır.

1940- ildə qazılan ilk dəfə olaraq açılan Əli Bəy Hüseyinzadənin məzarı.

Uzun-uzun illər sonra ölən oğlu Səlim Turanı atası Əli bəyin məzarında basdırırlar.

Bu hadisə məni çox təəccübləndirir əslində o qədər təəccübləndirir ki, uzun zaman mənə rahatlıq vermir ...

... mən elə buradaca bir adama yaxınlaşıram, Əli bəyin qızlarını soruşuram bir adamdan...

Mənə göstərirlər...

Dəfələrlə telefonda görüşsək bu zamana qədər heç üz-üzə gəlmədik.

Qısa bir görüşümüz olur təbii...Bura məzarlıqdır.

...Beləliklə sonralar həmişə əlaqə saxlayırıq bir-birimizlə. Onlar ailəlikcə məni evlərinə dəvət eləyirlər, uşağlarımı da tanıyırlar, həyat yoldaşımı da tanıyırlar biz bəzən onları unutsaq belə onlar bizi unutmurlar   bir az zaman keçəndən sonra telefon açırlar, əhvalımızı soruşurlar, xüsusiylə böyük qızı Saida xanım elə hey bizi evlərinə çağırır...

... əziz oxucular,   həmin görüşlərin nəticəsi olaraq Əli bəy Hüseynzadə haqqında bildiyiniz bilmədiyiniz bəzi faktlarla, bilgilərlə tanış oldunuz mənim düşüncələrimi oxudunuz. 

EPİLOQ:

Düşünürəm: zaman keçəcək,    çox,   çoooox zaman keçəcək. . . hətta çoooox zaman keçəcək. . . Bir Tofiq Abdin doğulacaq zamansa,   yenə Türkiyəyə gələcək o Tofiq Abdin,   mənim xasiyyətimdə, mənim   taleyimdə olursa o Tofiq Abdin yenidən maraqlanacaq bu böyük insanın taleyilə.  Amma o zaman Əli bəy Nəslindən o Tofiq Abdin kimsəni tapa bilməyəcək buralarda. . . .

Əli bəy Hüseynzadə nəslinin son adamları olan qızları Saidə xanım Hüseyinzadə (Santur) Feyzavər xanım Hüseyinzadə (Alpsar) ilə görüşmək bu Tofiq Abdinə nəsib qismət oldu...

Əli bəy Hüseynzadənin son yadigarlarını görmək bu Tofiq Abdinin uşaqlarına həyat yoldaşına nəsib qismət oldu.

İstanbulun küçələrində, İstanbulun gecə gündüzlərində özünə yer tapa bilməyən hər addımda dəhşətli ögeyliklə qarşılanan dodaqlarından Qürbət  şeirləri mahnıları əksik olmayan bu Tofiq Abdin bəlkə layiq olduğu, BƏLKƏ LAYİQ olmadığı günləri yaşayaraq özü-özünə nifrət etsə düşündü:

Təsəlli alınacaq bir şey var Tofiq Abdin...

Amma:

“... gərək belə olmayaydı axı!...

Dünya insafla dövr etsə, olmamalıydı.

Amma olur axı!..

Əfsuslar ki, olur.

Həyatda çox şey insafın,   haqqın,  

ədalətli məntiqin acığına baş verir sanki. . . ”

(Rafael Hüseynov).

 

Necə düşünürsünüz, düşünün...

Amma

Geçilməz qürbətin sokaklarından

İçilməz suları pınarlarından

Qəlbimin sağalmaz yaralarından

Gözlerin doğuyor gecelerime...



25
iyun 1998

İstanbul, Acıbadəm

(Davam edəcək)

 





24.02.2014    çap et  çap et