https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
https://525.az/img/pics/medium/2024-03/308239_xq8r14gjca.jpg DTX - təhlükəsizliyimizin keşikçisi və qürur yerimiz 
https://525.az/img/pics/medium/2024-03/308180_5psm62z4op.jpg Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg DAİM GƏLƏCƏKDƏ OLA BİLMƏYİN SADƏ SƏBƏBİ - Rafael Hüseynov yazır
search
28 Mart 2024
27 Mart 2024

Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq

Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq

Şahmat üzrə “Grand Chess Tour”un təqvimi və iştirakçılarının siyahısı müəyyənləşib.

525.az-ın məlumatına görə, FİDE beş turniri əhatə edəcək turda 10 qrosmeysterin çıxış edəcəyini açıqlayıb.

İştirakçılardan ikisi Azərbaycan şahmatçısıdır. Bunlar Şəhriyar Məmmədyarovla (2770)  Teymur Rəcəbovdur (2765). Yalnız ABŞ və Rusiya ölkəmizlə eyni sayda təmsilçiyə malikdir.

Fabiano Karuana (2823) və Uesli So (2770) şimali amerikalıları, Yan Nepomnyaşi (2789) ilə Aleksandr Qrişuk (2777) qonşularımızı təmsil edəcək. Turda Maksim Vaşye-Laqrav (Fransa, 2784), Dinq Liren (Çin, 2791), Aniş Giri (Niderland, 2764) və son turnirlərdə Teymurun “qapazaltı”sına çevrilən Levon Aronyan (Ermənistan, 2781) mübarizə aparacaq.

Şahmat turu həm klassik, həm də rapid və blitsi əhatə edəcək:
1. 3-15 iyun. Buxarest (Rumıniya). “Superbet Chess Classic”
2. 16-23 iyun. Paris (Fransa). “Paris Rapid & Blitz”
3. 5-12 iyul. Zaqreb (Xorvatiya). “Croatia Rapid & Blitz”
4. 9-16 avqust. Sent-Luis, Missuri (ABŞ). “St Louis Rapid & Blitz”
5. 16-28 avqust. Sent-Luis, Missuri (ABŞ). “Sinquefield Cup”

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.