525.Az

NATO-nun Baş katibi: “Kapitoliyaya basqın edənlərin cəzalandırılması vacibdir”


 

NATO-nun Baş katibi: “Kapitoliyaya basqın edənlərin cəzalandırılması vacibdir”<b style="color:red"></b>

“Vaşinqtonda Kapitoliya binasına basqınla əlaqədar bütün məsuliyyət daşıyanların cəzalandırılması vacibdir”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş Katibi Yens Stoltenberq Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Qazvani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Hadisənin qəbuledilməz olduğunu deyən Stoltenberq ABŞ-ın demokratik qurumlarının bunun öhdəsindən gələcəyinə əminliyini ifadə edib: "Seçkilərin nəticələrinə hörmət göstərilməlidir. Demokratik dəyərlərimizə hörmət göstərilməsini təmin etmək üçün hər şeyi etməliyik".

Baş Katib əlavə edib ki, NATO-ya çox sadiq olan ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Biden ilə işləmək istəyindədirlər.

 





14.01.2021    çap et  çap et