525.Az

Cənab Söz


 

Cənab Söz<b style="color:red"></b>

Söz ta əzəldən varıdı. Sözü Allah, Allahı Söz yaratdı...” 
 İncil                                                                                                                                                                                                                    


Bu
gün ədəbi məkanımızı bürüyən savadlı, səliqəli, lakin ədəbi-bədii  cəhətdən qidasız, cansız ruhsuz mətnlər bolluğunda itirilməkdə olan Həqiqi Azərbaycan Ədəbiyyatını üzə çıxarmağın, “həqiqi olanı” , “oxşardanseçib ayırmağın bir yolu da, yaranan yaranmaqda olan nadir ədəbi incilərin, yeni formatlarda müstəvilərdə təqdim olunmasıdır. Şeirə gəlincə, düşünürəm, hər biri, ayrı-ayrılıqda samballı ədəbi tutum daşıyıcısı olan bu kiçik poetik nümunələr, bütöv qəzet səhifələrini tutan ənənəvi şeir silsilələri, yaxud, “kitab bolluğusindromunda azdırılmış cildlərlə yox, bir-bir, tək-tək nəşr edilməlidir. Burda əsas məqsədBədii Fikrin, Sözün, yazıldığı dərəcədə mənimsənilməsinə imkan yaradılması, “yazılanın” – yazıldığı, baş aldığı Məqamın mənzərəsində, yarandığı həmin İlahi Tənhalıqda təqdim edilməsidir.

 

Yazıb yaratdıqlarını nəşr etməklə arası olmayan, Allaha olan sevgi, ağrılar durulmalar dolu şeirlərini, təbi gəldikcə, xeyir-şərdə dost-tanışına sədəqə paylayan şair Zakir Fəxrinin poeziyası da, bu gün həmin o itirilib-axtarılan Həqiqi Ədəbiyyatlardandır.

 

A. Məsud

 

 

 Zakir Fəxri

 

AXİRƏT

 

 

Bir səhər yuxudan durarsan, qardaş... 
 bilməzsən səhərdi, ya axşamçağı 
 Axar suların da, yolu dəyişib 
 Görərsən əriyib Himalay dağı 
 Yolların da sağı, solu dəyişib,
 Suların altında qalıb qəbirlər
 Sular da, qəbrinin üstündən axır 
 Ruhun da, göylərdən qəbrinə baxır. 
 Baxarsan, elə hey gözün axtarar 
 Amma görərsən ki, bir can qalıb 
  bəla, xəta, qan qalıb... 
 Sular da ovulub, əriyib hər şey 
  səs, bir səda 
 Kiriyib hər şey... 
 Daşlar ağac olub, ağaclar da daş
Sən özün özündə batmısan, qardaş... 
nar ağacları, əncir, üzüm 
  alma, püstə, badam qalıb. 
 Dünyanı su basıb 
 Dünya bir ada... 
 Bu kiçik adada tək Adəm qalıb.

Adanın köksündə sevgi çatları

 

Həvva görünür, övladları...

 

 

 

TABUT

 

 

Alışdım tək daşımağa 
 Çiynimdə yük daşımağa 
 Yer yox bir tük daşımağa 
 Çiynimdə tabut gəzirəm. 
 
 Dolaşıram dağı-daşı, 
  zər, yaqut gəzirəm 
 Düyün-düyün yollarımı 
 Aça-aça oxuyan bir 
 kökdən düşmüş ud gəzirəm. 
 
 Gəzirəm dörd bir tərəfi
 Bilmirəm yolum haradı? 
 Çəkir məni sirr tərəfi 
 Ölümü gördüm, deyəsən... 
 Görəsən olum haradı?.. 
 
 Suyuna dodaq dəyməmiş 
 Köksünə ayaq dəyməmiş 
 Sinəsinə ox dəyməmiş 
Gözdən uzaq yurd gəzirəm 
 Çiynimdə tabut gəzirəm.

 

 

Dörd yana meydan sulayan 
 Səsi ruhumu dalayan 
 Axirətdeyib ulayan 
 yalqız qalmış qurd gəzirəm 
 Çiynimdə tabut gəzirəm.

 

 

Balalar göyçək doğulur

Gül doğulur balalar 

Torpaqdan altun doğulur 
 Daşlardan yaqut doğulur 
 Nədənsə, şair doğulan 
 Çiynində tabut doğulur.

 

 

Çox göynətdi ürək məni 
 Dərdsiz ürəyə qurd düşər. 
 Silkələmə fələk, məni 
 Çiynimdəki tabut düşər.

 

 





24.02.2014    çap et  çap et