525.Az

"Azərbaycan və Ermənistan arasında birbaşa təmasları alqışlayırıq"


 

"Azərbaycan və Ermənistan arasında birbaşa təmasları alqışlayırıq"<b style="color:red"></b>

“Biz Azərbaycan və erməni ziyalıları arasında birbaşa dialoqun təşkilini, eyni zamanda iki ölkə arasında humanitar xarakterli birgə tədbirlərin keçirilməsini hər vəchlə alqışlayırıq”.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bənzər təşəbbüslər barışıq atmosferinin, qarşılıqlı anlaşma və etimadın formalaşmasına imkan yaradar, Azərbaycan və erməni xalqlarının, bütün Cənubi Qafqaz regionunun, həm də Rusiyanın faydasına olar.

Diplomat qeyd edib ki, əgər bu istiqamətdə rəsmi Bakı və İrəvan səmimi addımlar atsalar, Rusiya tərəfi belə humanitar aksiyaları hökmən dəstəkləyəcək.

 





15.01.2021    çap et  çap et