525.Az

"İrs/Naslediye"nin növbəti sayı: bu dəfə ispan dilində


 

"İrs/Naslediye"nin növbəti sayı: bu dəfə ispan dilində<b style="color:red"></b>

"İrs/Naslediye" beynəlxalq jurnalının ispandilli versiyasının ("İrs/Herencia") növbəti nömrəsi çapdan çıxıb.

"İrs/Herencia" nəşrinin bu nömrəsində Azərbaycanın tarixi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir Azərbaycan abidələri, Bakıda pulsuz tibbi yardımın əsasını qoymuş Məmmədrza Vəkilov haqqında materiallar, həmçinin, Argentina İslam Mərkəzinin mədəniyyət məsələləri üzrə katibi, professor Rikardo Eliyanın Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş məqaləsi təqdim olunur. Jurnalın bu nömrəsində əsas yeri nəşrin baş redaktoru Musa Mərcanlının "İşğal əbədi davam edə bilməz" sərlövhəli məqaləsi tutur.

Müəllif vurğulayır ki, Qarabağ əzəli Azərbaycan torpağı, Azərbaycanın tarixi vilayətlərindən biridir.

M.Mərcanlı bu fikri əyani şəkildə sübut edən belə bir fakta istinad edir ki, XX əsrin əvvəlinə qədər istər Qarabağda, istərsə də indiki Ermənistan ərazisində heç bir erməni hökmdar olmayıb. Məqalədə Azərbaycan tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə ətraflı məlumat verilir, qeyd edilir ki, iki Qarabağ müharibəsi zamanı Azərbaycan minlərlə övladını, çox böyük maddi və mədəni dəyərlərini itirib, ərazisinin bir hissəsi müvəqqəti olaraq əldən çıxıb, Ermənistan isə öz torpaqlarını itirməsə də, müstəqilliyini itirib. Bu, de-yure olmasa da, de-fakto belədir.

M.Mərcanlı ispan oxucusunun diqqətinə çatdırır ki, jurnalın bu nömrəsi çapa hazırlanan vaxt Azərbaycan Ordusu düşmənin sülhə məcbur edilməsi üzrə əməliyyatı davam etdirir, 27 il Ermənistanın işğalı altında qalmış Azərbaycan yaşayış məntəqələri bir-birinin ardınca işğaldan azad edilirdi.

Baş redaktor Azərbaycan Prezidenti İlham Əliyevin bu sözlərini sitat gətirir: "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Qarabağ bizim tarixi, əzəli torpağımızdır!

 





14.01.2021    çap et  çap et