“Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə koronavirusa yoluxmaların sayında artım müşahidə edilirdi”.
525.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.
“Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq”, - deyə İ. Məmmədov vurğulayıb.
“Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb”.
O qeyd edib ki, bu məsələdə Türkiyə ilə əməkdaşlıq davam etdiriləcək:
“Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi”.