525.Az

"Gələn həftə koronavirusa qarşı vaksinasiyaya başlanılacaq"


 

"Gələn həftə koronavirusa qarşı vaksinasiyaya başlanılacaq"<b style="color:red"></b>

“Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə koronavirusa yoluxmaların sayında artım müşahidə edilirdi”.

525.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.

“Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq”, - deyə İ. Məmmədov vurğulayıb.

“Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb”.

O qeyd edib ki, bu məsələdə Türkiyə ilə əməkdaşlıq davam etdiriləcək:

“Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi”.

 





15.01.2021    çap et  çap et