|
|
|
|
“Aktyorlar, müğənnilər və digər tanınmış şəxslər yalnız Müdafiə Nazirliyi və digər müvafiq qurumlardan icazə almaqla hərbi formadan istifadə edə bilərlər”.
Bunu 525.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov deyib.
O bildirib ki, səfərbərlik üzrə orduya çağırılmış və tərxis olmuş şəxslər mövcud qaydalara əməl etməlidirlər.
Onun sözlərinə görə, bura həmçinin, tanınmış şəxslər də aiddir:
“Hərbi formadan istifadə hüququ olmayan şəxslər yalnız müvafiq qurumların icazəsi əsasında hansısa videoçarx, film və digər tədbirlər üçün istifadə edə bilərlər”.