525.Az

“Tanınmış şəxslər Müdafiə Nazirliyindən icazə almaqla hərbi formadan istifadə edə bilərlər”


 

“Tanınmış şəxslər Müdafiə Nazirliyindən icazə almaqla hərbi formadan istifadə edə bilərlər”<b style="color:red"></b>

“Aktyorlar, müğənnilər və digər tanınmış şəxslər yalnız Müdafiə Nazirliyi və digər müvafiq qurumlardan icazə almaqla hərbi formadan istifadə edə bilərlər”.

Bunu 525.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov deyib.

O bildirib ki, səfərbərlik üzrə orduya çağırılmış və tərxis olmuş şəxslər mövcud qaydalara əməl etməlidirlər.

Onun sözlərinə görə, bura həmçinin, tanınmış şəxslər də aiddir:
 
“Hərbi formadan istifadə hüququ olmayan şəxslər yalnız müvafiq qurumların icazəsi əsasında hansısa videoçarx, film və digər tədbirlər üçün istifadə edə bilərlər”.

 

 





15.01.2021    çap et  çap et