525.Az

RİİB-in regional bölməsi Şuşada fəaliyyət göstərəcək


 

RİİB-in regional bölməsi Şuşada fəaliyyət göstərəcək<b style="color:red"></b>

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Tərtər rayonunda yerləşən Qarabağ regional bölməsi yaxın günlərdə Şuşa şəhərinə köçürüləcək. Hazırda bununla bağlı təşkilati işlər görülür.

RİİB-dən 525.az-a verilən məlumata görə, İctimai Birliyin nümayəndələri və könüllüləri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək quruculuq işlərində, eləcə də ictimai nəzarət, vətəndaş müraciətlərinə baxılması, sosial, səhiyyə, təhsil, mədəniyyət, infrastruktur və digər istiqamətlərdə layihələrin icrası, həmçinin regionun inkişafı sahəsində həyata keçirilən digər tədbirlərdə yaxından iştirak edəcəklər.

 





15.01.2021    çap et  çap et