525.Az

Məktəb-studiyanın yubileyilə bağlı müsabiqə yekunlaşıb


 

Məktəb-studiyanın yubileyilə bağlı müsabiqə yekunlaşıb<b style="color:red"></b>

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının 40 illiyinə həsr olunmuş ilk beynəlxalq internet-müsabiqəsi keçirilib.

525.az xəbər verir ki, BMA-nın rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə keçirilən müsabiqə üç mürəkkəb və müxtəlif istiqaməti - akademik (klassik), xalq və caz musiqisini birləşdirib. Ancaq bu müsabiqənin özünəməxsusluğu tək bu üç istiqamətin tandemində deyil, həm də musiqiçilərin yaş həddinə məhdudiyyət qoyulmamasında olub.

İştirakçıları Azərbaycan, Türkiyə və Rusiyanın görkəmli sənət xadimlərindən ibarət münsiflər heyəti qiymətləndirib.

Müsabiqə həm musiqi məktəbləri və konservatoriyaların tələbələri, həm də yuxarı yaş qrupunda olan püxtələşmiş mütəxəssislər arasında keçirilib. Yarışmaya dünyanın 9 ölkəsindən - Azərbaycan, ABŞ, Avstriyadan olan 150-dən çox müraciət daxil olub. İştirakçıların sayına görə pianoçular daha geniş tərkiblə təmsil olunub. Klavişli alətlər (fortepiano və orqan) nominasiyaları üzrə 85 iştirakçıdan 8 ifaçı birinci dərəcəli laureat adına layiq görülüb. Orkestr alətləri ixtisaslarına görə 4 violin, 1 arfa, 2 klarnet, 4 fleyta, 1 zərb alətləri, 8 vokal ifaçısı qalib gəlib.

Qeyd edək ki, akademik, milli, caz ifaçılarının Birinci Beynəlxalq müsabiqəsi layihəsinin müəllifi və münsiflər heyətinin həmsədri, BMA məktəb-studiyasının təsisçisi və direktoru, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur.

 





15.01.2021    çap et  çap et