525.Az

Daha 349 nəfərdə koronavirus aşkarlandı: 494 sağalan, 12 ölən var


 

Daha 349 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">494 sağalan, 12 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226.549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213.773 nəfər müalicə olunaraq sağalıb, 2983 nəfər vəfat edib, aktiv xəstə sayı 9793 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7231, ötən müddət ərzində isə ümumilikdə 2.302.843 test aparılıb.

 





15.01.2021    çap et  çap et