525.Az

Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ müzakirəsi


 

Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ müzakirəsi<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasında 11 yanvarda Moskvada Dağlıq Qarabağla bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirdiyi üçtərəfli görüşün nəticələrini müzakirə etməyi təklif edib.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, V. Putin bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov məruzə ilə çıxış edəcək.

"Azərbaycan və Ermənistandan olan həmkarlarımla keçirdiyimin görüşün nəticələri barədə sizi qısaca olaraq məlumatlandırmaq istərdim”, - deyə Rusiya Prezidenti vurğulayıb.

İclasda Rusiyanın daxili və xarici siyasətinin aktual məsələləri də müzakirə olunub.

 





15.01.2021    çap et  çap et