525.Az

Ceyhun Bayramov və Lavrov 11 yanvar bəyanatını müzakirə ediblər


 

Ceyhun Bayramov və Lavrov 11 yanvar bəyanatını müzakirə ediblər<b style="color:red"></b>

Yanvarın 15-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 525.az-a verilən xəbərə görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

 





15.01.2021    çap et  çap et