525.Az

Çavuşoğlu Rusiya-Türkiyə Birgə Mərkəzindən danışdı


 

Çavuşoğlu Rusiya-Türkiyə Birgə Mərkəzindən danışdı<b style="color:red"></b>

“Bundan sonra da atəşkəslə bağlı məsələləri Azərbaycanla birgə dəyərləndirəcəyik”.

525.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Ağdamda təmas xəttinə 8 kilometrlik məsafədə atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yeri müəyyənləşib.

“60 türk, 60 rus hərbçi Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək. Türk hərbçiləri artıq Azərbaycana yola düşməyə başlayıb”, - deyə M. Çavuşoğlu qeyd edib.

XİN başçısı vurğulayıb ki, bu məsələ ilə əlaqədar ehtiyac yaranarsa, Azərbaycanla iki tərəfli danışıqlar aparılacaq.

 





15.01.2021    çap et  çap et