525.Az

Beynəlxalq Cüdo Federasiyasının Prezidenti İlham Əliyevi təbrik etdi


 

Beynəlxalq Cüdo Federasiyasının Prezidenti İlham Əliyevi təbrik etdi<b style="color:red"></b>

Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizer Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

525.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, Zati-alinizə və ailənizə ən xoş arzularımı çatdırır, böyük nailiyyətlər və xoşbəxtlik diləyirəm.

Sizə və Azərbaycana bütün bəşəriyyət üçün sülh və tərəqqiyə töhfə verəcək yeni-yeni nailiyyətlər və firavanlıq dolu yeni il arzulayıram".

 





15.01.2021    çap et  çap et