525.Az

Məşhur skripkaçı üsyan etdi


 

Məşhur skripkaçı üsyan etdi<b style="color:red"></b>

Məşhur hollandiyalı skripkaçı Andre Ryo, koronavirus epidemiyası səbəbindən musiqi bazarındakı böhran davam edərsə, orkestri qorumaq və işçilərini qovmamaq üçün 400 illik Stradivarius marka skripkasını satacağını söyləyib.

525.az xəbər verir ki, Maastrixt şəhərindəki açıq hava konsertlərindən əlavə, orkestri ilə dünyanın bir çox yerində kütləvi tədbirlər təşkil edən Ryo, bir ildir koronavirus epidemiyası səbəbilə evdədir.
COVID-19 tədbirlərinin musiqi bazarı üçün kabusa çevrildiyini söyləyən sənətçi, "həyatımın işi" adlandırdığı musiqini davam etdirə bilməməkdən qorxur.

Yaşadığı Maastrixtdəki regional L1 radiosuna qonaq olan 71 yaşlı dirijor, "Evdə oturmaq dəhşətlidir. Bəzən həqiqətən göz yaşı tökürəm",- deyib.

El Roman

 





15.01.2021    çap et  çap et